Çaylarda mövcud vəziyyət açıqlanıb

Çaylarda mövcud vəziyyət açıqlanıb

Azərbaycanın çaylarında mövcud vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONA-ya verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan az olmaqla normanın 60, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 50-100, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan çox olmaqla 150-250 faizini təşkil edir.

Aprelin 26-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 325 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 46 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 275 m3/s olmaqla, ongünlük normadan az olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 35 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 159 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 89 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 105 m3/s təşkil etməklə ongünlük normadan az olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 4 sm azalaraq 608 sm təşkil edib. Bu rəqəm 2018-ci il aprelin 26-da isə 401 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 22 sm artaraq 397 sm qeydə alınıb. 2018-ci il aprelin 26-da isə bu rəqəm 276 sm təşkil edib. Salyanda suyun səviyyəsi 15 sm artıb və 389 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 203 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi 9 sm artaraq 309 sm olub və bu göstərici 2018-ci il aprelin 26-da 185 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 5 sm azalaraq 350 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il aprelin 26-da isə 99 sm təşkil edib.

Açar sözlər
Ekologiya Və Təbii Sərvətlər Nazirliyi , Kür Çayı , Qanıx Çayı , Salyan , Lənkəran , Şirvan , Araz Çayı , Azərbaycan , Aprelin 26-Da Kür Çayı
Hadisə xəbərləri
Prezident “Bakı 2019: Ulduzlar Finalı” qarşılaşmasını izləyib (YENİLƏNİB)

Prezident “Bakı 2019: Ulduzlar Finalı” qarşılaşmasını izləyib (YENİLƏNİB)

26-04-2019 09:55 - Milliyol.az - Hadisə
Az AZƏRTAC-a istinadən xəbər verir ki, prezident İlham Əliyev, qızı Leyla Əliyeva qarşılaşmaya baxıblar.
“Bakı 2019: Ulduzlar Finalı”nda “Qərb Ulduzları” və “Şərq Ulduzları” komandaları qarşılaşıblar.

 
 
 
 
 Populyarxəbərlər
 
 
 
 

 
 
 
 
 
 
 
 28.03.2019
 
 
 
 
 

 
 
 
 
 
 
 
 28.03.2019
 
 
 
 
 

 
 
 
 
 
 28.03.2019
 
 
 
 
 

 
 
 
 
 
 10.02.2019
 
 
 
 
 

 
 
 
 
 
 11.11.2018
 
 
 
 
 

 
 
 
 
 
 12.11.2018
 
 
 
 
 

 
 
 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 

 
 
 
 
 
 24.08.2018
 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 



Oyunda məşhur futbolçular Yeju Dudek, Maykl Essien, Anderson Luis de Souza (Deku), Hamit Altıntop, Nihat Kahveci, Andrey Arşavin, Revaz Arveladze, eləcə də yerli veteran futbolçulardan Vəli Qasımov, Nazim Süleymanov iştirak ediblər.
Ona.az digər xəbərlər