Cəbhədə erməni vəhşiliyi: azyaşlı uşaqları...

Cəbhədə erməni vəhşiliyi: azyaşlı uşaqları...

Ermənistan ordusu Ağdamın təmas xəttinə yaxın yerləşən yaşayış məntəqəsini atəşə tutub.

Publika.azxəbər verir ki, hadisə Çıraqlı kəndində baş verib. Ermənistan silahlı qüvvələrinin bölmələri dinc əhalini hədəfə alıb. Atəşə məruz qalanlar isə azyaşlı kənd sakinləri olub.

Kənd sakinlərinin verdiyi məlumata görə, atəşə məruz qalan uşaq arasında xoşbəxtlikdən xəsarət alan olmayıb. Kəndin azyaşlı uşaqları öz həyətyanı torpaq sahələrində düşmənin atıcı silahlarının atəşinə məruz qalıb.

Yaranmış vəziyyət qorxan uşaqlardan birinin vəziyyəti pisləşib.

Bu səbəbdən xəstəxanaya müraciət edən Çıraqlı kənd sakini 13 yaşlı Vüsalə Məmmədova təcili tibbi yardım stansiyasına müraciət edib. İlkin tibbi yardım göstərilən 13 yaşlı qız müayinə edildikdən sonra evə buraxılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Hadisə xəbərləri
Olaylar.az digər xəbərlər