Cəfər Cabbarlının romanı və məktubları tapıldı


Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, dramaturq, şair və nasir, teatrşünas, kinoşünas Cəfər Cabbarlının romanı və məktubları tapılıb.

Teleqraf.com AMEA-nın saytına istinadən xəbər verir ki, bu barədə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli məlumat verib.

O bildirib ki, Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli tərəfindən ədibin "Kazım bəy" romanı, eləcə də bu günə kimi dərc edilməyən məktubları tapılıb: "Həmin roman və məktublar tezliklə çap olunacaq".


Mədəniyyət xəbərləri
Teleqraf.com digər xəbərlər