Cəlil Məmmədquluzadəyə həsr olunmuş seminar

Cəlil Məmmədquluzadəyə həsr olunmuş seminar

AMEA Milli Azərbaycan Tarixi Muzeyində ADU Multikulturalizm ETL iləbirlikdə "C.Məmmədquluzadənin yaradıcılığında multikulturalizm vətolerantlıq ideyaları" adlı seminar keçirilib.

Olaylar.az bildirir ki, seminarda Muzeyin Elmiişlər üzrə direktor müavini, t.ü.e.d., dos. Nərgiz Əliyeva, ADUMultikulturalizm ETL-nın müdiri, s.ü.f.d. İrina Kunina, fil.ü.f.d. AfətMusayeva, elmi işçi Turan Kərimli, t.ü.f.d. Əli Fərhadov, ADU Filologiyavə jurnalistika fakültəsinin tələbələri, muzey işçiləri, gənc alimləriştirak edib. T.ü.e.d., dos. Nərgiz Əliyeva seminarı açıb, iştirakçılaraseminarın mahiyyəti haqqında məlumat verdi. Qeyd etdi ki, CəlilMəmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin Sərəncamı əsasında bu tədbirtəşkil olunub. Azərbaycan multikulturalizminin dərin qaynaqları var.Orta əsrlərdən etibarən islam həmrəyliyi, digər dinlərə tolerant yanaşmaAzərbaycanda həmişə mövcud olub. Sonra ADU Multikulturalizm elmi işçisiTuran Kərimli C.Məmmədquluzadənin yaradıcılığında qadın azadlığı",t.ü.f.d. Əli Fərhadov "C.Məmmədquluzadə və multikultural ideyalar"mövzusunda məruzələrlə çıxış etdilər.

İştirakçıların suallarıməruzəçilər tərəfindən ətraflı cavablandırıldı.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Mədəniyyət xəbərləri
Olaylar.az digər xəbərlər