Cəlilabadda veteranların iştirakı ilə tədbir keçirilib — Fotolar

Cəlilabadda veteranların iştirakı ilə tədbir keçirilib — Fotolar

Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə II Dünya müharibəsində faşizm üzərində Qələbənin 74-cü ildönümü qeyd edilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Cəlilabad Rayon İcra Hakmiyyətinin başçısı Namiq Zeynalov, icra aparatının rəsmiləri, müharibə veteranları, arxa cəbhə iştirakçıları, hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər. Tədbir iştirakçıları “Xatirə” parkında Ana abidəsinin önünə gül dəstələri qoyublar.

Tədbirdə N.Zeynalov müharibə veteranlarını bayram münasibətilə təbrik edib. RİH başçısı Ulu öndərin veteranlara həmişə böyük diqqət və qayğı ilə yanaşdığını və hal-hazırda bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulayıb.

O bildirib ki, Ulu öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdandan sonra müharibə veteranlarının hüquqlarını bərpa etdi. Prezident İlham Əliyev də müharibə veteranlarının sosial problemlərinin həlli istiqamətində daim mühüm addımlar atır, 9 May - Qələbə bayramı ərəfəsində onlara birdəfəlik maddi yardımlar göstərilir. Bu isə həmin kateqoriyadan olan insanların sosial vəziyyətinin daim diqqət mərkəzində olduğunu nümayiş etdirir.

Tədbirdə müharibə veteranlarına rayon icra hakimiyyəti başçısı tərəfindən hədiyyələr təqdim olunub və onlara bayram süfrəsi açılıb. Veteranlar onlara göstərilən qayğı və diqqətə görə prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Siyasət xəbərləri
Qafqazinfo.az digər xəbərlər