"Çelsi" FIFA-nın qərarı ilə bağlı CAS-a müraciət edəcək


"Çelsi" FIFA-nın qərarı ilə bağlı CAS-a müraciət edəcək

İngiltərə təmsilçisi"Çelsi" FIFA-nıntətbiq etdiyi transfer qadağası ilə bağlıİdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.

"Report" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

London təmsilçisiApelyasiya Komitəsinin transfer qadağasını ləğv etmədiyinə görə məyus olduğunu bildirib.

Klub müvafiq qaydalara uyğun hərəkət etdiyini vəqərara görəİdman Arbitraj Məhkəməsinə şikayət edəcəyini vurğulayıb.

Qeyd edək ki, FIFA-nın qərarına əsasən, "Çelsi"iki transfer pəncərəsində yeni futbolçu qeydiyyatdan keçirəbilməyəcək. İngiltərə təmsilçisi daha sonra qərarla bağlı quruma şikayət etsə də, istədiyi nəticəni əldə edəbilməyib.

Cebhe.info


Oxunma sayı: 188