"Çelsi" penaltilərlə qalib gəldi, "Arsenal" isə... - Bakıya gələcək finalçılar bəlli oldu

"Çelsi" penaltilərlə qalib gəldi, "Arsenal" isə... - Bakıya gələcək finalçılar bəlli oldu

Avropa liqasının finalçıları da müəyyənləşib.

Mia.az xəbər verir ki, Bakıda baş tutacaq final oyununda İngiltərənin iki komandası qarşılaşacaq.

London təmsilçiləri olan "Arsenal” və "Çelsi” müvafiq olaraq İspaniya və Almaniya klubları ilə mübarizədən qalib ayrılıblar.

Öz meydanında "Valensiya” nı 3:1 hesabı ilə məğlub edən "Arsenal” cavab qarşılaşmasında 2:3 hesabı ilə qalib gəlib.

Digər London təmsilçisi "Çelsi” (ilk oyun 1:1 başa çatıb) Aımaniyanın "Ayntraxt klubu ilə ikinci oyununu əsas və əlavə vaxtında (1:1) yenə qalib gələ bilməyib. Londonlular onbirmetrlik zərbələrini daha dəqiq (4:3) yerinə yetirməklə finala vəsiqə qazanıblar.

İdman xəbərləri
Mia.az digər xəbərlər