Çempionlar Liqası: Yarımfinala vəsiqə qazanan ilk 2 komandanın adı müəyyənləşib – VİDEO

Çempionlar Liqası: Yarımfinala vəsiqə qazanan ilk 2 komandanın adı müəyyənləşib – VİDEO

UEFA Çempionlar Liqasındayarımfinal mərhələsinə vəsiqə qazananilk 2 komandanın adı müəyyənləşib.

“Report”un məlumatına görə, bunlar İspaniya“Barselona”sı ilə Hollandiya“Ayaks”ıdır. Onlar 1/4 final mərhələsində müvafiq olaraq, İngiltərənin“Mançester Yunayted”və İtaliyanın“Yuventus”klublarını mübarizədən kənarlaşdırıblar.

Hər iki cavab görüşündə qapılara3 qolvurulub. “Barselona” İngiltərədəki ilk görüşdə 1:0 hesabı yendiyi “Mançester Yunayted”i “Nou Kamp”da darmadağın edib. İlk iki qolu 16-cı və 20-ci dəqiqələrdə Lionel Messi vurub. Son nöqtəni isə 61-ci dəqiqədə Filippe Koutinyo qoyub. 12-ci dəqiqədə isə almaniyalı baş hakim Feliks Brıx meydan sahiblərinin lehinə penalti təyin etsə də, VAR sisteminə müraciətdən sonra qərarını ləğv edib.

Açar sözlər
Lionel Messi , Filippe Koutinyo , Uefa , Mançester Yunayted , Ayaks , Italiya , Ispaniya , Almaniya , Fransa , Portuqaliya , Barselona , Liverpul , Turin , Portu , Mançester
İdman xəbərləri
Azeuronews.com digər xəbərlər