Çempionlar Liqasında ilk iki yarımfinalçı müəyyənləşəcək

Çempionlar Liqasında ilk iki yarımfinalçı müəyyənləşəcək

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk iki cavab görüşü keçiriləcək.


Ann.az xəbər verir ki, qarşılaşmalar İtaliya və İspaniyada təşkil olunacaq. "Yuventus" Hollandiya "Ayaks”ını, "Barselona” isə İngiltərə "Mançester Yunayted”ini qəbul edəcək.


Səfərdəki ilk oyundan 1:1 hesablı heç-heçə ilə ayrılan "Yuventus”a yarımfinala yüksəlmək üçün doğma meydanda qolsuz heç-heçə də kifayət edəcək. "Ayaks” isə tarixdə ilk dəfə Turində qələbə qazanmaq üçün meydana çıxacaq. Hərçənd, amsterdamlıları 2:2-dən başlayaraq, məhsuldar heç-heçələr də qane edir.


Gecənin digər matçına gəldikdə, evdə 0:1 hesabı ilə məğlub olan Ule Qunnar Sulşerin baş məşqçi olduğu kollektivin cavab qarşılaşmasında qələbədən başqa şansı yoxdu. "Mançester Yunayted” 20 il əvvəl məhz "Nou Kamp"da Almaniya "Bavariya"sını finalda 2:1 hesabı ilə məğlub edərək, tarixində ikinci dəfə Çempionlar Liqasının qalibi olub. Həmin görüşdə Sulşer futbolçu qismində iştirak edib. 81-ci dəqiqədə meydana daxil olan norveçli hücumçu 90+3-cü dəqiqədə komandasının qələbə topunu vurub.


Çempionlar Liqası

1/4 final

Cavab oyunları


16 aprel

23.00 Barselona (İspaniya) - Mançester Yunayed (İngiltərə)

Baş hakim: Feliks Brix (Almaniya).

Barselona. "Nou Kamp" stadionu.


23.00 Yuventus (İtaliya) - Ayaks (Hollandiya)

Baş hakim: Klemen Turpin (Fransa).

Turin. "Yuventus" stadionu.

www.ann.az