Cennifer Lopes və Aleks Rodriges nişanlandı - FOTO

Amerikalı aktrisa Cennifer Lopes və beysbolçu Aleks Rodriges nişanlandıqlarını elan ediblər. Cütlük artıq 2 ildir ki, bir yerdədir.
Aktrisa və idmançı “İnstaqram”-da iri brilyant qaşlı üzüyün şəkilini yerləşdirərək nişanlandıqlarını bildiriblər. A. Rodriges üzük fotosuna şərhdə yazıb ki, “o, "hə" dedi”.(ona.az)