Cənubi Qafqaz dövlətlərinin Hərbi Sənaye Kompleksləri – HƏRBİ EKSPERT (II Yazı)

Cənubi Qafqaz dövlətlərinin Hərbi Sənaye Kompleksləri – HƏRBİ EKSPERT (II Yazı)

Düşmənin isə belə inkşaf bazası Sovet dövründə yaradılıb, bu bazanı təşkil edən müəssisələri sadalamağa çalışaq.

Ümumiyyətlə, Ermənistanın hərbi sənayesinin yaranması gününü 1991-ci ilin 16 oktyabrından qəbul etmək olar. Həmin gün Ermənistan hökuməti nəzdində hərbi sənaye palatası yaradılaraq onun birinci iclası keçirildi. Məqsəd Qarabağda vuruşan quldur dəstələrinin silahla təhcizatını sistemləşdirməkdən ötrü gizli silah sexlərinin və SSRİ-dən qalmış müəssisələrin işini nizamlayaraq, hərbi sənaye kompleksi yaratmaq idi.

1992-ci ilin may ayında Ermənistan Müdafiə Nazirliyinin silahlanma idarəsində hərbi sənaye şöbəsi yaradıldı. 1993-cü ilin iyununda isə Müdafiə Nazirliyində Hərbi Sənaye İdarəsi yaradıldı. 2002-ci ildə hərbi sənaye sferasındakı hərbi-texniki siyasət Müdafiə Nazirliyinə həvalə olundu. 2015-ci ilin may ayının 2-də "Ermənistan Respublikasının Hərbi Sənaye Kompleksi Haqqında" qanunu qüvvəyə mindi ki, bu qanunun əsas müddəalarından biri koordinasiya orqanı kimi Hərbi Sənaye Palatasının yaradılmasını nəzərdə tuturdu. Bu palatanın sədrliyi Baş nazirə həvalə olundu.

Hal-hazırda Ermənistan hərbi sənaye kompleksinin strukturu aşağıdakı formada təşkil olunub:

Müdafiə Nazirliyinin idarəsi altında olan müəssisələr:
1) "65-ci zavod" Qapalı Səhmdar Cəmiyyəti. Yeqvard şəhərində yerləşən bu zavod atıcı və artilleriya silahlarının təmir və texniki xidmətini həyata keçirir, qumbaraatanlar və idarə olunmayan aviasiya raketləri, bombaları istehsal edir;

2) "Patneş" Qapalı Səhmdar Cəmiyyəti. Hrazdan şəhərində yerləşən qurum radiolokasiya və HHM sistemlərinin radiotexniki sistemlərinin təmiri ilə məşğul olur;

3) "İrəvan riyazi maşınlar zavodu" Qapalı Səhmdar Cəmiyyəti. Bu zavod komandir yeşikləri və şəxsi atıcı silahlar, müxtəlif cihazlar, akkumulyatorlar, onların doldurucularını istehsal edir;

4) "Lazer Texnikası" Qapalı Səhmdar Cəmiyyəti. Bu şirkətdə Yunanıstanın köməyi ilə artilleriya kəşfiyyat sistemləri, optik lazer kəşfiyyat sistemləri, lazer məsafəölçənləri istehsal olunur;

5) "Çarençavan dəzgahqayırma zavodu" Qapalı Səhmdar Cəmiyyəti. Zirehli texnikanın təmiri ilə məşğul olur;

6) "Qarni-Ler Elmi İstehsalat Birliyi" Qapalı Səhmdar Cəmiyyəti. Avtomatik atıcı silahlar üçün lülələr, avtomatik silahların ehtiyat hissələrini istehsal edir;

7) "LT-Pirkal" Qapalı Səhmdar Cəmiyyəti. Lazer texnikası şirkəti ilə birgə istehsalla məşğuldur;

8) "Radiofizika və elektronika institunun xüsusi konstruktor bürosu" Qapalı Səhmdar Cəmiyyəti. Aştarak şəhərində yerləşən zavod naviqasiya cihazlarından tutmuş yüksək texnoloji dəzgahlarda detalların istehsalı ilə məşğul olur;

9) A.Xanferyants adına Hərbi Aviasiya İnstitutu. Burada Ermənistan ordusunun silahlanmasında olan demək olar ki, bütün pilotsuz uçuş aparatları istehsal olunur.
Ermənistan ordusunun Baş Qərargahı nəzdində olan hərbi müəssisələr:
1) Aviatəmir hərbi hissəsi. Gümrü şəhərində yerləşən bu zavodda ABŞ-da olan diaspor tərəfindən alınmış avadanlıqlar quraşdırılaraq, bu ölkənin istismarında olan bütün uçuş vasitələrinin təmiri həyata keçirilir;
2) Artilleriya sursatlarının təmiri sexi;
3) Hərbi qüvvələrin atıcı silahlarının təmir və saxlanmasını həyata keçirən sex;
4) Lüləli artilleriyanın təmir sexi;
5) Əlahiddə təmir hərbi hissəsi. Silahlanma idarəsinin nəzdində olan bu hərbi hissə çox ehtimal ki, zirehli texnikanın cəbhəyanı təmirini həyata keçirir;
6) Baş Qərargahın standartlaşdırma və metereologiya şöbəsi;
7) Mühəndis döyüş sursatlarının təmir və sınaq laboratoriyası;
8) Texnikanın təmir və texniki xidmət üçün toplanış məntəqəsi.
Dövlət tabeliyində olan müəssisələr:
1) Elmlər Akademiyasının Radiofizika və Elektronika İnstitutu. SSRİ-nin bəzi kosmik peyk proqramlarında iştirak etmiş bu institut Radiolokasiya və yüksək tezlikli cihazların istehsal təcrübəsini qazanıb, Ermənistan ordusu üçün bir neçə radiolokasiya və naviqasiya cihazları hazırlayıb ki, materialın həcmi onların üzərində geniş dayanmağa imkan vermir;

2) Elmlər Akademiyasının Fiziki Təqdiqatlar İnstitutu. SSRİ-nin kosmik proqramlarında, məsələn "Meteor" kəşfiyyat peyklərinin istehsalında iştirak etmiş bu müəssisə həmin sahə üzrə müəyyən qədər potensialını qoruyub saxlaya bilib. Hal-hazırda Ermənistan ordusu üçün radiomaneələrə qarşı rabitə sistemləri, informasiyanın lazer şüaları ilə ötürülməsi proqramları üzərində işləyir və rabitə avadanlıqları üçün müxtəlif yarımkeçiricilərin istehsalı ilə məşğuldur;

3) Elmlər Akademiyasının Fiziki Kimya İnstitutu. Müxtəlif partlayıcı maddələr və yanacaqlar istehsal edir;

4) “Milli Metereologiya İnstitutu” Qapalı Səhmdar Cəmiyyəti. Müxtəlif cihazlar istehsal edir ki, onların ən populyarı avtomatik artilleriya bussoludur ki, bu cihaz hər bir artilleriya zabitinin işçi cihazıdır.

5) “Kometa Elmi-İstehsal İnstitutu” Qapalı Səhmdar Cəmiyyəti. Aştarak şəhərində yerləşən bu müəssisə təlim cihazları, peyk antenaları və müxtəlif hərbi əhəmiyyətli boyalar istehsal edir;

6) "Avtomatika" Qapalı Səhmdar cəmiyyəti. İrəvanda yerləşən bu müəssisədə Sovet dövründə 2200 mütəxəssis isləyirdi ki, onların da 600 nəfəri ixtisaslı konstruktorlar idi. Hal-hazırda cəmi 58 işçisi olan zavod HHM sistemlərinin modernizasiyası üçün müəyyən işlər görür.
Özəl müəssisələr:
1) “İrəvan Riyazi Maşınlar Elmi-Təqdiqat İnstitutu” Qapalı səhmdar cəmiyyəti;
2) “Mergelyan Cluster” (“İrəvan Riyazi Maşınlar Elmi-Təqdiqat İnstitutu” Qapalı səhmdar cəmiyyəti, “İrəvan Riyazi Maşınlar Zavodu” Qapalı Səhmdar Cəmiyyəti və “Technology&Science Dynamics” kompaniyasını birləşdirir);
3) "Orbita" Qapalı Səhmdar Cəmiyyəti;
4) “Jamhar - D.D” Məhdud Məsuliyyətli Cəmiyyəti;
5) "İrəvan Rabitə Vasitələri Elmi-Təqdiqat İnstititu" Qapalı Səhmdar Cəmiyyət;
6) “DG Arms Corporation”;
7) “Slatsk” Qapalı Səhmdar Cəmiyyəti;
8) “Aspar Arms” Məhdud Məsuliyyətli Cəmiyyəti;
9) PSI Məhdud Məsuliyyətli Cəmiyyəti;
10) “Lubawa Armenia” Qapalı Səhmdar Cəmiyyəti;
11) “Astromaps” Məhdud Məsuliyyətli Cəmiyyəti;
12) “Qalaktika” Qapalı Səhmdar Cəmiyyəti;
13) “Radvan Technology” Məhdud Məsuliyyətli Cəmiyyəti;
14) “Kamaz-Armeniya” Qapalı Səhmdar Cəmiyyəti;
15) “Kalaşnikov” Konserninin texniki xidmət mərkəzi;
16) “Analitik Cihaz” Qapalı Səhmdar Cəmiyyəti;
17) “Gorus Qamma” Açıq Səhmdar Cəmiyyəti;
18) “ArmDrone”;
19) “ArmCopters”;
20) “Instigate Robotics” Qapalı Səhmdar Cəmiyyəti;
21) “Locator” Qapalı Səhmdar Cəmiyyəti;
22) “Elbat” Qapalı Səhmdar Cəmiyyəti;
23) UAZ Servis Mərkəzi;
24) “Erebuni Elmi-Təqdiqat İnstitutu” Qapalı Səhmdar Cəmiyyəti;
25) “Firma Т.N.Т.” Məhdud Məsuliyyətli Cəmiyyəti;
26) “Elektron” Açıq Səhmdar Cəmiyyəti;
27) “Hayk-Mek” Məhdud Məsuliyyətli Cəmiyyəti;
28) “Davisur” Məhdud Məsuliyyətli Cəmiyyəti;
29) “Pegasus Logic” Məhdud Məsuliyyətli Cəmiyyəti;
30) “Insol” Məhdud Məsuliyyətli Cəmiyyəti;
31) “Barva” Məhdud Məsuliyyətli Cəmiyyəti;
32) “Nanoamorph Technology” Qapalı Səhmdar Cəmiyyəti;
33) “ArmElektronMaş” Açıq Səhmdar Cəmiyyəti;
34) “Aviakompleks” (İrəvan şəh.) Açıq Səhmdar Cəmiyyəti;
35) “Feron” Məhdud Məsuliyyətli Cəmiyyəti;
36) “Artsax Ayaqqabı-Tikiş istehsal birliyi” (Xankəndi şəh.) Qapalı Səhmdar Cəmiyyəti;
37) “Armavir Dəzgahqayırma Zavodu” Açıq Səhmdar Cəmiyyəti;
38) QİPK (Polimer Yapışqanlar Dövlət İnstitutu) Qapalı Səhmdar Cəmiyyəti (Vanadzor şəh.);
39) “Saturn-AKİA” Qapalı Səhmdar Cəmiyyəti;
40) “Elektropribor” Açıq Səhmdar Cəmiyyəti (Yerevan şəh.);
41) “Üçmüədzin Cihazqayırma Zavodu” Açıq Səhmdar Cəmiyyəti;
42) “Rastr” Açıq Səhmdar Cəmiyyəti (Eçməzdin şəh.);
43) “Rafelqriq” Qapalı Səhmdar Cəmiyyəti (Yeğeknadzor şəh.);
44) “Keçark” Açıq Səhmdar Cəmiyyəti (Razdan şəh.);
45) “Alfa NİİP” Qapalı Səhmdar Cəmiyyəti (İrəvan şəh.).

Əlbəttə, yuxarıda qeyd edildiyi kimi bu müəssisələrin heç də hamısı tam gücü ilə işləmirlər, lakin kifayət qədər kapital yatırımları olarsa, onların potensialını bərpa etmək mümkündür. Məsələn, yuxarıda göstərilən siyahıda 28-ci mövqedə yerləşən “İrəvan rabitə vasitələri Elmi-Təqdiqat İnsititutu” Qapalı Səhmdar Cəmiyyəti İran İslam Respublikasının Silahlı Qüvvələri üçün "Najm-802" Şüası faza (AFAR) dəyişməsi ilə fəzada 3 koordinatda idarə olunan antenalar qəfəsi layihələndirərək istehsal edib.

İran hərbçilərinin dediyinə görə, bu radarın hədəfi aşkarlama məsafəsi 320 kilometrə çatır. Təbii ki, bu göstərici Azərbaycanın da silahlanmasında olan müasir, şüası faza dəyişməsi ilə fəzada 3 koordinatda idarə oluna bilən antenalar qəfəsi "Green pine" EL/M-2080 tipli radarında 900 kilometrə qədər çatır. Lakin Ermənistan müəssisəsinin bu tip radarı istehsal edə bilməsi, bu ölkənin elektron sənayesinin potensiallı olmasını göstərir.

Ermənistanın istehsal etdiyi PUA-ların səviyyəsi hələlik çox primitivdir, lakin gələcəkdə bu tipli uçuş vasitələri tələb olunarsa, erməni diasporunun dünya elmi mərkəzlərinə girişi olmasından yararlanmaq məqsədi ilə həmin proqramlar bol maliyyələşdirilə bilər ki, bu da paralel olaraq Ermənistanın da hərbi potensialını gücləndirər.

Lakin hərbi ekspert Ədalət Verdiyevin “Hərbi ekspertdən Ermənistan HSDK-nın inkişafına dair 5 illik proqrama CAVAB (MÜDDƏALAR)” adlı araşdırmasında olduğu kimi, Abovyan şəhərindəki yarımkeçirici qurğuların və diod platalar istehsal edən "Atis" ASC-nin, Abovyan şəhərindəki mikrosxemlər istehsal edən "Aşviç" ASC-nin, Aparan şəhərindəki bağlayıcılar istehsal edən "Niq" ASC-nin, Dilican şəhərindəki rabitə vasitələri istehsal edən "Nork" QSC-nin, İrəvan şəhərində birləşdiricilər və ştekerlər istehsal edən "Nork" ASC-nın, İrəvan şəhərində elektrik mühərrikləri istehsal edən "Elektik mühərrikləri" ASC-nin, Üçmüədzin şəhərində havadan müdafiə sistemləri üçün yaddaş matrisaları və qeydiyyat avadanlıqları istehsal edən "Elektron" ASC-nin və s. bağlanmasını nə ilə izah etmək olar?

Ümumilikdə götürsək, maliyyə problemləri səbəbindən bu ölkənin hərbi sənayesi öz potensialını tam gücü ilə işə sala bilmir və Azərbaycan hərbi sənaye kompleksindən həm nomenklatura sayına görə, həm də istehsal həcminə görə geridə qalır. Ümid edirik ki, bir az əvvəl Azərbaycanda hərbi sənaye sahəsində həyata keçirilən islahatlar bu məsafəni stabil saxlamaq və artırmağa kömək edəcək.

Düşməndən fərqli olaraq Gürcüstan hərbi sənaye kompleksinin üstündə geniş dayanmayacaq və sadəcə onun əsas nailiyyətlərini göstərəcəyik. Bu ölkə atıcı silahlar və hərbi ləvazimatlar istehsalında müəyyən işlər görərək, öz ordusunun təhcizatını yaxşılaşdırıb. Gürcüstan HSK-nın əsas məhsulları aşağıdakılardır:
1) Sovet dövründən qalmış 31 saylı Tiflis Aviasiya Zavodunun istehsal imkanları ona MiQ-21U təlim təyyarəsi və Su-25 hücum təyyarəsi Su-25, Su-25Т, Su-25BМ modifikasiyalarını istehsal etməyə imkan verir. İsrail mütəxəssisləri ilə birlikdə bu təyyarənin ən böyük döyüş qabiliyyətli versiyası Su-25 KM “Skorpion” layihələndirilərək, istehsal olunub. Bu təyyarənin sovet hücumçularından əsas fərqi onun gecə döyüşü apara bilmək qabiliyyətidir.

Bundan əlavə təxminən 2 milyon dollar müqabilində Su-25 təyyarəsində müxtəlif dövlətlərə məxsus sursatları tətbiq edə bilən müasir inteqrallaşdırılmış pilotaj-naviqasiya kompleksi, pilotun şlemi ilə bütün idarə olunan silahların tuşlanması sistemi, yeni müasir cihazlar lövhəsi əldə etmək olar. Əlbəttə, bu təyyarənin yenisini almaq əvəzinə daha müasir universal təyyarə almaq daha məqsədəuyğun olardı, lakin artıq mövcud Su-25 təyyarə parkı olan dövlətlərə, bu modernizasiya mənəvi cəhətdən köhnəlmiş təyyarələrini müasir təyyarəyə çevirmək üçün çox yaxşı bir şansdır.

Həmin müəssisə "hava-hava" tipli P-60 və P-73 raketləri də istehsal etmək qabiliyyətinə malikdir. Düzdür, istehsal komplektləri SSRİ-nin müxtəlif müəssisələrindən gəldiyindən, indiki zamanda bu istehsalın mümkünlüyü şübhə doğurur. Bu, elə də kritik deyil çünki, qısa mənzilli bu raketləri daha müasir, kənar məntəqədən hədəfə yönəldilə bilən daha uzun mənzilli raketlərlə əvəz etmək olar

2) Mi-8 və Mi-24 helikopterlərinin əsaslı təmirini həyata keçirmək bacarığı 3) Texniki Təqdiqat Mərkəzi "Delta" tərəfindən Tiflis Aviasiya zavodunun istehsal sahələrində yığılan, bir piyada (motoatıcı) manqasını daşıya bilən "Didqori-1" və "Didqori-2" zirehli avtomobilləri 4) Həmin mərkəz tərəfindən yaradılmış 14 tonluq "Lazika" tırtıllı Piyadanın Döyüş Maşını 5) Həmin mərkəz tərəfindən yaradılmış, Ukrayna istehsalı KRAZ-6322 yük maşınının bazasında qurulmuş 122 mm-lik reaktiv yaylım atəş sistemləri. 40 lüləli atəş paketini kabinası zirehlə möhkəmləndirilmiş yük maşınında yerləşdirib, müasir atəş idarəetmə sistemi və avtomatik topogeodeziya bağlantısı edən cihazları tətbiq etməklə, çox müasir bir artilleriya sistemi yaratmaq mümkün olub 6) "Mkudro" səssiz minaatanı da maraq doğurur 7) 142 saylı Tiflis tank təmiri zavodunda İsrail mütəxəssisləri ilə birgə təkmilləşdirilən M-72 tankının M-72 Sim1/2 modifikasiyası

Gürcüstan hərbi sənaye kompleksi ilə Azərbaycan HSK-nın əməkdaşlığının böyük potensialı var. Lakin Gürcüstan hökumətinin bu əməkdaşlığı Emənistanla da həyata keçirmək arzusu bu işi bir az geriyə atır. Dövlətimiz diplomatik etiketi və dostluq münasibətlərini rəhbər tutaraq, Gürcüstan hökumətindən digər qonşusu ilə əməkdaşlığı məhdudlaşdırmağı tələb edə bilməz, lakin obyektiv səbəblərdən düşmənlə geniş əməkdaşlıq edən hərbi sənaye kompleksi ilə müştərək proqramları məhdudlaşdırmaq məcburiyyəti yaranır.

Gürcustan HSK ilə də müqayisə etdikdə görərik ki, hal-hazırda Azərbaycan hərbi sənayesi Cənubi Qafqazda ən inkşaf etmişidir. Lakin ordumuzu dünyanın mükəmməl orduları səviyyəsində görmək istəyiriksə, özümüzü daha güclü ordular və hərbi sənayelərlə müqayisə edib qiymətləndirməliyik. Yalnız bu halda ən bahalı və yeri doldurulmayan mobilizasiya ehtiyatımızı - əsgərimizin həyatını daha mükəmməl qoruya bilərik.

Hərbi ekspert Vüqar Miraslanov

Açar sözlər
Ədalət Verdiyev , Silahlı Qüvvələr , Elmlər Akademiyası , Ermənistan Müdafiə Nazirliyi , Elba , Delta , Tiflis Aviasiya Zavodu , Hərbi Sənaye Idarəsi , Hərbi Aviasiya Institutu , Ermənistan Respublikasının Hərbi Sənaye Kompleksi , Elmi Istehsalat Birliyi Qapalı Səhmdar Cəmiyyəti , Hərbi Sənaye Palatası , Irəvan Riyazi Maşınlar Zavodu Qapalı Səhmdar Cəmiyyəti , Azərbaycan , Qarabağ , Israil , Abş , Gürcüstan , Ukrayna , Ermənistan , Yunanıstan , Iran Islam Respublikası , Armavir , Irəvan , Xankəndi , Gümrü , Dilican , Abovyan
Siyasət xəbərləri
Ordu.az digər xəbərlər