Çernobıl faciəsi 33 il -Əməliyyatda 126 azərbaycanlı da iştirak edib

Çernobıl faciəsi 33 il -Əməliyyatda 126 azərbaycanlı da iştirak edib

Çernobıl faciəsi 33 il-əməliyyatda 126 azərbaycanlı da iştirak edib


Moderator.az xəbər verir ki, bu gün Çernobıl faciəsindən 33 il ötür.


1986-cı il aprelin 26-da Ukraynanın Çernobıl şəhəri yaxınlığında yerləşən AES-də güclü nüvə partlayışı baş verib. Şüalanmanın qonşu ölkələrə təsiri olduğu üçün Rusiyada 60 min, Ukraynada və Belarusda isə 140 min insan həlak oldu. 3600 kənd və qəsəbədə 2 milyon 650 min insan zərər gördü. Üç yüz əlli min insan isə tamamilə bölgədən uzaqlaşdırıldı.



Çernobıl və Xirosima kimi hadisələr dünyanın ən böyük faciəsi hesab olunur. Faciənin təsiri isə hələ də davam edir və bu gün şüalanma nəticəsində bir çox insanların xərçəng xəstəliyinə tutulduğu bildirilir.


Qeyd edək ki, AES-in partlamış 4-cü blokunun təhlükəsizliyini təmin etmək üçün keçirilən “Sarkofaq” əməliyyatında 129 Azərbaycan vətəndaşı da iştirak edib və bu gün onların hamısı müxtəlif səviyyəli radioaktiv şüalanmadan əziyyət çəkir.

Vasif Əlihüseyn

Açar sözlər
Azərbaycan , Rusiya , Ukrayna , Çernobıl
Siyasət xəbərləri
Moderator.az digər xəbərlər