Çernobıl faciəsindən 33 il ötür

Çernobıl faciəsindən 33 il ötür

1986-cı il aprelin 26-da Ukraynanın Çernobıl şəhəri yaxınlığında yerləşən Çernobıl AES-də baş vermiş faciənin 33 ili tamam olur.

Olaylar.az xatırladır ki, Stansiya partlayandan sonra yaranmış radioaktiv buludun böyük hissəsi Şərqi Avropaya doğru hərəkət etmişdisə, belə "ölüm bulud"unun yerdə qalan hissəsinin küləklər cənuba "sürükləmişdi". Sonucda Azərbaycanda da Çernobıl faciəsi nəticəsində radioaktiv şüalanmaya məruz qalanlar var. Bundan başqa, AES-in partlamış 4-cü enerji blokunun təhlükəsiz hala salınması üçün keçirilən "Sarkofaq" əməliyyatında 129 Azərbaycan vətəndaşı da iştirak edib ki, onların hamısı müxtəlif səviyyəli radioaktiv şüalanma alıblar.

Hadisə zamanı 7000-ə yaxın insan həlak oldu, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst oldu, on minlərlə insan isə sonsuz qaldı. Bu faciədən sonra Çernobılda doğulan uşaların 90 %-də əlillik yaranır. Bu gün radiasiyanın fəsadları hələ də Avropada üzərində qalmağa davam edir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Açar sözlər
Facebook , Azərbaycan , Ukrayna , Çernobıl
Siyasət xəbərləri
Olaylar.az digər xəbərlər