"Çernobıl hadisəsinin 186 nəfər qurbanı Qorbaçovun boynuna yazılmalıdır"

"Çernobıl hadisəsinin 186 nəfər qurbanı Qorbaçovun boynuna yazılmalıdır"

"Çernobıl hadisəsində Dövlət Komissiyasının sədri Valeri Alekseyiviç mənim rəhbərim olub və həmin günlərdə Moskvadaydım və həmin hadisələrin içindəydim"

“Əlbəttə ki, Çernobıl hadisəsi bir daha dünyaya göstərdi ki, mövcud qaydalara riayət etmək lazımdır. Bunun üçün Atom Enerji Beynəlxalq Agentliyinin xüsusi standartları var”


Bunu Moderator.az-a açıqlamasında akademik Adil Qəribov Çenrobıl faciəsinin 33-cü ildönümünə münasibət bildirərkən deyib. Akademik bildirib ki, bu hadisə özbaşınalıqların nəticəsi idi:


“Çernobıl hadisəsi əlbəttə böyük faciə idi. Qəzanın baş verməsinə səbəb nüvə prosesləri yox, idarəetmə sistemlərindəki səhv idi. Yəni bu tipli reaktorlarda güc dəyişməsi üçün dəyişikliklərin aparılmasına icazə verilmirdi. Özbaşına işlər apardılar və nəticədə də çox ağır bir faciə baş verdi. Əlbəttə ki, Çernobıl hadisəsi bir daha dünyaya göstərdi ki, mövcud qaydalara riayət etmək lazımdır. Bunun üçün Atom Enerji Beynəlxalq Agentliyinin xüsusi standartları var. Hər bir reaktora lisenziya verildikdə lisenziyanın xarateristikalarıyla bərabər, onunla rəftar qaydaları da göstərilir. Təəssüflər olsun ki, Çernobıl hadisəsi idarəetmədə olan özbaşınalığın nəticəsi idi. Onda Qorbaçovun idarəetmə dövrü idi və bu zaman ölkədə başlanan xaosun növbəti təzahürü də məhz Çernobıl hadisəsi oldu.

Çernobıl hadisəsində 186 nəfər insan qurban getdi və bu qurbanlar Qorbaçovun boynuna yazılmalıdır. Amma bu gün bütün dünyaya dərs oldu ki, bu cür stansiyalarda qaydalara riayət etmək lazımdır. Azərbaycanlılar da həmin hadisəyə dəvət olunmuşdu və çox maraqlı idi ki, belə hadisələrlə heç bir tanışlığı olmayan adamları kor-koranə çəkildə ora aparmışdılar. Çernobıl hadisəsində Dövlət Komissiyasının sədri Valeri Alekseyiviç mənim rəhbərim olub və həmin günlərdə Moskvadaydım və həmin hadisələrin içindəydim. O gündən sonra mənim elmi araşdırmalarım bu tip reaktorların təhlükəsizlik probleminə həsr olunub. Baş verənlər atomla əlaqəli deyildi. Bu insanların mövcud qayda-qanunlara laqeydliyinin nəticəsində baş verib. Çernobıl hadisəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Çernobıl hadisəsi bir daha göstərdi ki, bu cür elmi tutumlu texnologiyalar və onlarla rəftar olunmasını bilən ölkə özü də inkişaf etmiş ölkələr sırasında olur. Bu gün dünyada söz sahibi olanlar nüvə texnologiyasına layiq olan dövlətlərdir. Məsələn, onlardan Rusiya, Amerika, Fransa, Çin və Şimali Koreya bu sıraya daxildir. Ona görə də bununla heç də insanları atomdan, nüvədən qorxmağa çağırmıram, çünki bu böyük bir sistemdir. Məncə heç bir ölkə heç vaxt bu texnologiyadan əl çəkməyəcək. Bu kosmosa uçuşdu, gəmilərdi, nəqliyyatdı, enerjidir, müxtəlif texnoloji proseslərdi ki, dünyanı bunlarsız təsəvvür etmək qeyri-mümkündür. Dünyaya enerji lazımdır və bu gün böyük enerjiyə ehtiyac var. Buna görə də böyük obyektlərlə işləməyin təhlükəsizliyini təmin etməliyik. Nüvə texnologiyasına sahib olmaq istəyən hər bir dövlət birinci növbədə bunun xüsusiyyətlərini bilməlidir.


Bizim dövlətdə də bunun xüsusi yanaşma metodu var və bu dünya beynəlxalq standartlarına uyğundur. Birinci növbədə bizim Milli Nüvə Tədqiqatlar Mərkəzi yarandı. Gələcəkdə əgər biz hər hansı nüvə energetikasında istifadə edəriksə, onun idarə olunması üzrə həm kadr potensialımız, həm də o sahədə vərdişlərimiz olacaq”.


Vasif Əlihüseyn

Açar sözlər
Adil Qəribov , Milli Nüvə Tədqiqatlar Mərkəzi , Fransa , Rusiya , Koreya , Çin , Çernobıl
Siyasət xəbərləri
Moderator.az digər xəbərlər