Cərrahiyə əməliyyatından sonra erməni əsgərin vəziyyəti pisləşib

İşğal edilmiş Ağdərə yaşayış məntəqəsində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət edən hərbi qulluqçuların xəstələndiyi zaman müalicə üçün dərman preparatlarının çatışmaması valideynlərin böyük narahatlığına səbəb olur.
Ordu.az xəbər verir ki, eyni zamanda həkimlərin səhlənkarlığı səbəbindən də xəstə əsgərlər bir çox xoşagəlməz hallarla rastlaşırlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Belə bir hadisə bu yaxınlarda Tiqran Mxitaryan adlı hərbi qulluqçunun başına gəlib. Cərrahiyə əməliyyatından sonra halı pisləşən hərbçinin valideynləri övladlarının yenidən müalicəyə göndərilməsi üçün komandanlığa yalvarmaqdan yorulublar.
İş o həddə çatıb ki, övladlarının sağ qalması üçün, erməni əsgər T. Mxitaryanın valideynləri müalicənin bütün xərclərini özləri ödəyəcəklərini də boyunlarına götürüblər.
Teqlər: Ermənistan-ordusu Xəstəlik
Açar sözlər
Tiqran Mxitaryan
, Silahlı Qüvvələr
, Ermənistan
, Ağdərə