Ceyranbatanda faciəvi hadisə - QADIN ÖLDÜ

Ceyranbatanda faciəvi hadisə - QADIN ÖLDÜ

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yol-nəqliyyat qəzasının baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Publika.az nazirliyə istinadən xəbər verir ki, hadisə yerinə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində “BАЗ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1979-cu il təvəllüdlü İbrahimova Ruhiyyə Tacir qızının meyiti deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Açar sözlər
Fövqəladə Hallar Nazirliyi , Abşeron
Hadisə xəbərləri
Publika.az digər xəbərlər