CHP parlament və prezident seçkisiləriin ləğvini tələb edir

CHP parlament və prezident seçkisiləriin ləğvini tələb edir

Türkiyənin ana müxalifət partiyası ölkənin ali seçki orqanını ötənilki prezident və parlament seçkilərinin, eləcə də builki 31 mart bələdiyyə seçkilərinin nəticələrini ləğv etməsini istəyir.

Cumhuriyet Halk Partisi (CHP) bu müraciətlə mayın 8-də çıxış edib. İki gün öncə Ali Seçki Komissiyası (YSK) İstanbulda müxalifətin qalib gəldiyi bələdiyyə seçkisini ləğv edərək iyunun 23-nə təkrar seçki təyin edib.

Seçicilər martın 31-də bölgə inzibatçılarını, bələdiyyə başqanlarını, bələdiyyə şuralarını və yerli şura rəsmilərini seçiblər. YSK isə yalnız İstanbul bələdiyyə başqanlığını ləğv edib.

İndi isə CHP ötən il iyunun 24-də keçirilmiş prezident və parlament seçkilərinin nəticələrinin ləğvini istəyir. Partiya bildirir ki, həmin seçkilərdə də seçki məntəqəsi rəsmiləri eyni qaydada təyin olunmuşdular.

CHP-nin seçkini udmuş, ötən ay rəsmən İstanbul bələdiyyə başqanlığına təsdiqlənmiş namizədi Əkrəm İmamoğluseçki komissiyasına hakim AKP-nin təsir göstərdiyini deyib.

10 Baxılıb

Siyasət xəbərləri
Turkustan.info digər xəbərlər