Çin bazarlarını dünyaya açır: baryerlər ləğv edilir

Çin bazarlarını dünyaya açır: baryerlər ləğv edilir

Çin idxal olunan məshulların artırılması üçün tarifləri azaldacaq və müxtəlif baryerləri ortadan götürəcək.

Axar.az xəbər verir ki, bunu "Bir qurşaq, bir yol" beynəlxalq forumunda çıxışı zamanı Çin sədri Si Szinpin deyib. O, Çinin öz bazarını bütün dünyadan olan keyfiyyətli mallar üçün açacağını söyləyib.

Szinpin Çinin eyni anda həm dünya fabriki, həm də dünya bazarı olduğunu bildirib.

İqtisadiyyat xəbərləri
Bazarlarda qiymətlər düşəcək: - Köməyə çinlilər gəlir

Bazarlarda qiymətlər düşəcək: - Köməyə çinlilər gəlir

26-04-2019 21:51 - Faktor.az - İqtisadiyyat

İstixanalarda meyvə-tərəvəzin istehsalının nəzərəçarpacaq dərəcədə artması və onların saxlanma müddətinin uzadılması kənd təsərrüfatı məhsullarının qiymətlərini açıq sahədə yeni məhsul yetişənədək sabit saxlamağa imkan verəcək.

Faktor.az Sputnik Azərbaycan-aistinadən xəbər verir ki,martın sonları və aprelin əvvəllərində Azərbaycanda tərəvəz məhsullarının qiymətlərinin baha olması ciddi narahatlıq yaratmışdı.
 
Bu məsələ Çinin biznes dairələrinin 300 hektaradək sahədə müasir istixana kompleksinin tikintisini başa çatdırmasından və Azərbaycanda aqro-logistik sənaye parklarının yaradılmasından sonra yekun həllini tapacaq.

Bu il aprelin 24-də Çinin paytaxtında keçirilən 2-ci "Bir kəmər, bir yol" beynəlxalq forumu çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan müxtəlif istiqamətlər üzrə 10 sənəd imzalanıb.

İmzalanan sənədlər arasında Kürdəmir rayonunda 300 hektaradək sahədə müasir istixana kompleksinin tikintisinə, Quba, Xaçmaz və Göyçayda aqro-logistik sənaye parklarının yaradılmasına dair əməkdaşlıq memorandumları da var.

Ölkənin aqrar sektorunda müasir texnologiyanın tətbiqi, Çinin biznes dairələrinin 300 hektaradək sahədə müasir istixana kompleksinin və aqro-logistik sənaye parklarının tikintisinə sərmayə qoyması barədə razılığın əldə olunması təkcə meyvə-tərəvəz istehsalının nəzərəçarpacaq dərəcədə artırılmasına deyil, həm də onların açıq sahələrdə yeni məhsul becərənədək qorunub saxlanmasına da imkan verəcək.

Yeri gəlmişkən, əgər Çin texnologiyası əsasında qurulmuş istixanalarda meyvə-tərəvəzin becərilməsindən danışırıqsa, bu o demək deyil ki, söhbət dadsız, orqanizmə zərərli və ətraf mühitə ziyan vuran məhsulun istehsalından gedir.
Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib

Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib

26-04-2019 15:11 - Azertag.az - İqtisadiyyat
Əvvəlcə “Aqrar sığorta haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub. Sonra “Fitosanitar nəzarəti haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində, Su, Meşə, Torpaq və Şəhərsalma və Tikinti məcəllələrində, “Meliorasiya və irriqasiya haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” “Balıqçılıq haqqında”, “Elektroenergetika haqqında” və “Nəqliyyat haqqında”, “İctimai iştirakçılıq haqqında”, “Dəniz limanları haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında” və “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” qanunlarda, “Kənd təsərrüfatı kooperasiyası haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Turizm haqqında” və “Elektrik və istilik stansiyaları haqqında” qanunlarda, “Auditor xidməti haqqında”, “İnvestisiya fəaliyyəti haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Kiçik sahibkarlığa dövlət himayəsi haqqında”, “Yeyinti məhsulları haqqında”, “Notariat haqqında”, “Kredit ittifaqları haqqında” və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə üçüncü oxunuşda baxılıb.
Olaylar.az digər xəbərlər