Çin İpək Yolu layihəsinə 1 trilyon dollar yatırmağa hazırlaşır – Prezident tənqidlərə cavab verdi

Çin İpək Yolu layihəsinə 1 trilyon dollar yatırmağa hazırlaşır – Prezident tənqidlərə cavab verdi

Çin PrezidentiXi Jinpingdeyir ki, köhnə İpək Yolunu bərpa etmək planı beynəlxalq ticarət əməkdaşlığını gücləndirməyi və genişləndirməyi hədəfləyir. O, 1 trilyon dollarlıq infrastruktur layihəsinin tənqidçilərinə bu cür cavab verib.

Türküstan.info xəbər verir ki, aprelin 26-da Pekində Kəmər və Yol Forumunda çıxış edən Xi onu da deyib ki, ölkəsi Çin firmaları üçün antirəqabət subsidiyalarını, yəni ədalətli rəqabəti əngəlləyən hökumət subsidiyalarını ləğv edəcək. Bu subsidiyalar Birləşmiş Ştatlar və Avropa İttifaqı daxil olmaqla bir çox xarici ticarət tərəfdaşları qəzəbinə səbəb olurdu.

“Biz əsaslandırılmamış qaydaları, subsidiyaları, ədalətli rəqabəti əngəlləyən və bazarı korlayan təcrübələri nəzərdən keçirib ləğv edəcəyik”,– Xi söyləyib.

“Bütün şirkətlərə, müəssisə və biznes qurumlarına bərabər münasibət bəsləyəcək, bazar əməliyyatına söykənən, qanunla idarə olunan biznes mühiti yaradacağıq”,– o vurğulayıb.

Kəmər və Yol Təşəbbüsünün (KYT) məqsədi Çini Avropa, Afrika və Asiyanın bəzi yerləri ilə birləşdirən yeni dəmiryolu, yol, liman və enerji infrastrukturu yaratmaqdır.

Sammitə Rusiya Prezidenti Vladimir Putin, Pakistanın Baş naziri Imran Xan, İtaliyanın Baş naziri Güzeppe Konte qatılıblar. 37 ölkə başçısı, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev, Belarus Prezidenti Aleksandr Lukaşenko, Özbəkistan Prezidenti Şövkət Mirziyayev də tədbirdə iştirak edir.

“Eksklüziv klub” deyil

Aİ üzvü olan Almaniya və Fransa tədbirə nazirlərini göndərib. Birləşmiş Ştatlar isə təmsilçi göndərməyib.

Birləşmiş Ştatlar və Avropa İttifaqının bir çox ölkələri Çinin bu təşəbbüsünü, regional infrastruktur layihələrə kreditlər ayırmasını tənqid edirlər. Onlar xəbərdarlıq edirlər ki, bəzi inkişaf etməkdə olan ölkələr borclarla yüklənib və onları ödəmək iqtidarında deyillər.

Xi isə bu narahatlıqlara cavab olaraq bildirib ki, borc risklərini önləməyə çalışacaqlar və bu nəhəng infrastruktur layihəsi “eksklüziv klub” deyil.

O, Çin şirkətləri ilə bəzi yerli hökumətlər arasında sövdələşmələrlə bağlı şəffaflığın olmadığını deyən tənqidçilərə də cavab verib. “Hər şey şəffaf aparılmalıdır, biz korrupsiyaya sıfır dözümlülük göstərməliyik”,– Xi bildirib.

Xi layihənin ekoloji tərəflərinə də diqqət ayrılacağını söyləyib. İnfrastruktur layihələrin regionda ətraf mühitə uzunmüddətli ziyan vuracağı sarıdan narahatlıqlar.

Tənqidçilər digər mənfi məqamlardan da narahatdırlar. Məsələn, Şri Lanka hökuməti krediti ödəyə bilmədiyindən bir limanını Çinə verməyə məcbur qalıb.

Xi bir daha təkrarlayıb ki, Çin milli valyutası olan yuanın rəqabətli devalvasiyasını aparmayacaq. Vaşinqton və Qərb bu məsələylə bağlı xəbərdarlıq ediblər.

Çin Prezidenti təşəbbüsü 2013-cü ildə işə salıb. O vaxtdan Çin uyğun layihələrə 90 milyard dollar yatırım qoyub. Çin bankları isə xarici hökumətlərə azı 200 milyard dollarlıq kredit ayırıb.

67 Baxılıb

Siyasət xəbərləri
Avropa Liqasının finalı ilə əlaqədar AZAL və "Buta Airways"in uçuşları yeni qrafik üzrə yerinə yetiriləcək

Avropa Liqasının finalı ilə əlaqədar AZAL və "Buta Airways"in uçuşları yeni qrafik üzrə yerinə yetiriləcək

26-04-2019 12:16 - Ona.az - Siyasət

 Bu ilin il mayın 29-da Avropa Liqasının finalının keçiriləcəyi müddətdə Heydər Əliyev Beynəlxalq Hava Limanında sıxlıq ilə əlaqədar olaraq, “Azərbaycan Hava Yolları” və “Buta Airways”in reyslərinin cədvəlinə dəyişiklik edilmişdir.

ONA-ya AZALədan verolən məlumata görə, mayın 29 və 30-da uçuşlar aşağıdakı cədvələ əsasən yerinə yetiriləcək.

29 may (yerli vaxt göstərilmişdir, "+" növbəti gündəki vaxtı işarə edir):





Reysin nömrəsi


 Marşrut


Bakıdan uçuş


Təyinat məntəqəsinə gəliş


Təyinat məntəqəsindən uçuş


Bakıya gəliş




J2-003/004


Bakı-Ankara-Bakı


20:00


21:30


22:30


01:50+




J2-011/012


Bakı-Dubay-Bakı


04:50


07:45


10:10


13:10




J2-026


Antalya-Bakı





16:00


19:50




J2-076


İstanbul (IST)-Bakı





16:30


20:15




J2-9683/9684


Kiyev (IEV)-Bakı

(Buta Airways)





16:10


20:30




J2-9575/9576


Bakı-Kazan- Bakı

(Buta Airways)


20:00


21:50


22:50


02:50+




J2-9717/9718


Bakı-Mineralnıye Vodı-Bakı

(Buta Airways)










21:00


21:40


22:40


01:05+




J2-809/810


Bakı-Moskva (VKO)-Bakı


Reyslər ləğv edilmişdir




J2-079/080


Bakı - İstanbul-Bakı 


Reyslər ləğv edilmişdir




J2-852/851


Bakı- Moskva (DME)- Bakı


Reyslər ləğv edilmişdir




J2-255


Bakı-Naxçıvan


Reys ləğv edilmişdir




J2-254


Naxçıvan- Bakı


Reys ləğv edilmişdir







30 may (yerli vaxt göstərilmişdir):







Reysin nömrəsi


Marşrut


Bakıdan uçuş


Təyinat məntəqəsinə gəliş


Təyinat məntəqəsindən uçuş


Bakıya gəliş




J2-011/012


Bakı-Dubay-Bakı


12:40


15:35


16:45


19:45




J2-827


Bakı-Moskva (VKO)


02:45


05:00







J2-852/851


Bakı- Moskva (DME)- Bakı


11:40


13:50


14:50


18:40




J2-9111/9112


Bakı-Alanya-Bakı

(Buta Airways)


12:30


14:30


15:30


19:20




J2-9685/9686


Bakı-Odessa-Bakı

(Buta Airways)


12:15


14:40


15:40


19:40




J2-239


Bakı–Gəncə


Reys mayın 29-na keçirilmişdir 

uçuş: 08:00, eniş: 09:00




J2-021/322


Bakı –Təl-Əviv –Bakı


Reyslər ləğv edilmişdir




J2-075/076


Bakı – İstanbul (IST)-Bakı


Reyslər ləğv edilmişdir




J2-9103/9104


Bakı – İstanbul (SAW)-Bakı (Buta Airways)


Reyslər ləğv edilmişdir




J2-9223/9224


Bakı-Tbilisi-Bakı

(Buta Airways)


Reyslər ləğv edilmişdir




J2-9017/9018


Bakı -Tehran - Bakı

(Buta Airways)


Reyslər ləğv edilmişdir




J2-251


Bakı-Naxçıvan


Reys ləğv edilmişdir




J2-258


Naxçıvan-Bakı


Reys ləğv edilmişdir





 

Qeyd edək ki, yuxarıda sadalanan reyslərin sərnişinləri aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin prosedurasına uyğun olaraq məlumatlandırılacaqlar.
Turkustan.info digər xəbərlər