Çin J-11B-lərini yeni “hava-hava” raketi ilə silahlandırıb - FOTO

Çin J-11B-lərini yeni “hava-hava” raketi ilə silahlandırıb - FOTO
Ordu.az “Global Times”a istinadən xəbər verir ki, yayılan fotolardan raketin PL-15 olduğu ehtimal edilir.

Bildirilir ki, amerikalı hərbi rəsmilərin xeyli ehtiyat etdiyi raketin növbəti istifadəçisi Çin Xalq Azadlıq Ordusun Hərbi Hava Qüvvələrinə məxsus J-11B-lər olub. Bundan əvvəl isə bu raket J-20 stels təyyarələrinə quraşdırılmışdı.

Pekindən olan hərbi analitik Vey Donqxu PL-15 raketini ABŞ-ın AIM-120-si ilə müqayisə edərək bildirib ki, hər ikisinin uzun və effektiv zərbə radiusu var.

Ağalar Ağalarlı

İKT xəbərləri
Ordu.az digər xəbərlər