Çin sədrindən Yuan açıqlaması

Çin sədrindən Yuan açıqlaması

Xi: Çin, Yuanı digərlərinə zərər verəcək şəkildə ucuzlaşdırmağa çalışmayacaq


Çin Xalq Respublikasının SədriXi Jinping (Si Cinpin) Pekində 2-ci “Bir kəmər, bir yol” Forumunda çıxışında ölkəsinin Yuanı ağlabatan və balanslı bir səviyyədə saxlayacağını söyləyib.

"Marja" xəbər verir ki, Xi, Çinin, Yuanın digərlərinə zərər verəcək şəkildə dəyər itirməsinə çalışmayacağını deyib.

Xi, Çinin yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları idxalını artırmağa maraqlı olduğunu vurğulayıb.

Çinin əmtəə və xidmət idxalını artıracağını deyən Xi, ölkəsinin "şüurlu bir şəkildə" xarici ticarət artığı (profisiti) verməyə çalışmayacağını dilə gətirib.

TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN

Xi, xarici müəssisələrə daha çox sektorda hakim, ya da tam səhmdar olmaq imkanı verəcəyini də söyləyib.

İqtisadiyyat xəbərləri
Marja.az digər xəbərlər