Çin tarixində ən böyük defoltla üzləşə bilər

Çin tarixində ən böyük defoltla üzləşə bilər

Bu il Çinin qiymətli kağızlar bazarında tarixin ən böyük defoltu yaşana bilər.

İnterPress.Az xəbər verir ki, “Bloomberg” agentliyinin apardığı araşdırmalara görə, ilin I rübündə şirkətlər tərəfindən ölkədaxili istiqrazlar üzrə 5,8 mlrd. ABŞ dolları məbləğində dəyərləndirilən defoltun baş verdiyi bildirilmişdi.

Bu da ötən ilin müvafiq dövrünə nisbətən 3,5 dəfə artıqdır. Həmçinin artım tempinin də artması səbəbindən builki defoltun 13 mlrd. dollara çata biləcəyi ehtimal olunur.

Agentliyin verdiyi məlumata görə, bütün bunlar şirkətlərin az maliyyə alması ilə əlaqədardır.

İnterPress.Az


İqtisadiyyat xəbərləri
Interpress.az digər xəbərlər