Çin və Rusiya gələn həftə birgə hərbi təlim keçirəcək

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin mətbuat katibi Ren Quoqianq bildirib.
Onun sözlərinə görə, “Joint Sea 2019” (“Ortaq Dəniz 2019”) adı verilən təlim Çinin şimalındakı Qinqdao liman şəhərinin sahillərində təşkil ediləcək. Həftənin bazar ertəsi start götürəcək manevrlər şənbə gününə qədər davam edəcək. Təlimdə sabit qanadlı təyyarələrlə yanaşı, helikopterlər, gəmilər, dəniz bölmələri, sualtı qayıqların da istifadəsi nəzərdə tutulub.
Xatırladaq ki, sonuncu dəfə ötən ilin sentyabrında 3200 çinli əsgər Sibirdə Rusiyanın tarixin ən böyük - 300 min nəfərlik hərbi təlimində iştirak etmişdi.
Ağalar Ağalarlı
Açar sözlər
Ağalar Ağalarlı
, Çin Müdafiə Nazirliyi
, Rusiya
, Çin