Çingiz Qənizadə seçiciləri ilə daha bir görüş keçirdi

Çingiz Qənizadə seçiciləri ilə daha bir görüş keçirdi

80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputat seçilmiş Çingiz Qənizadə Beyləqan rayon Əhmədli və Aşiqalilar kəndində seçiciləri ilə növbəti görüşünü keçirib.

Modern.az xəbər verir ki, millət vəkili görüşdə seşicilərinin suallarına geniş və əhatəli cavab verib. Həmçinin seçiciləri qarşısında çıxış edərək ölkəmizin daxili və xarici siyasəti haqqında danışıb. Cənab prezident İlham Əliyevin son vaxtlar həyata keçirtdiyi islahatları qeyd edən Çingiz Qənizadə xüsusilə vətəndaşlarımızın sosial təminatının yaxşılaşdırılması sahəsindəki imzaladığı Fərman və sərəncamlar barəsində də geniş məlumat verib.

Bundan sonra millət vəkili seçicilərlə təkbətək görüşərək onları narahat edən problemləri dinləmiş, rayonda həll olunmalı bəzi məsələləri yerindəcə rayonun müvafiq strukturları ilə əlaqə saxlayaraq həll edib. Digər müraciətlərə isə baxılacağına söz verib.

Açar sözlər
Ilham Əliyev , Çingiz Qənizadə , Beyləqan
Siyasət xəbərləri
Musavat.com digər xəbərlər