Çini böyük defolt gözləyir - Blumberq

Çini böyük defolt gözləyir - Blumberq

Çinin istiqraz bazarını böyük defolt gözləyir.

Axar.az xəbər verir ki, bu məlumatı “Blumberq” agentliyi yayıb. Məlumata görə, cari ilin ilk dörd ayında yerli şirkətlər 5,8 milyard dollarlıq daxili istiqrazlar üzrə defolt elan edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 3 dəfə çoxdur.

Borclanmanın artması prosesi də 2016-cı illə müqayisədə 3 dəfə sürətlə inkişaf edir. Agentliyin analitiklərinin fikrincə, əgər Çin hökuməti bunun qarşısını almaqla bağlı heç bir tədbir görməsə, 2019-ci ildə istiqrazlar üzrə yeni maksimum defolt qeydə alınacaq.

İqtisadiyyat xəbərləri
Axar.az digər xəbərlər