Çini Maduro hökumətini maliyyələşdirir - İddia

Çini Maduro hökumətini maliyyələşdirir - İddia

Çin Venesuela prezidenti Nikolas Maduro hökumətini maliyyələşdirir.

Olaylar.az bildirir ki, bu baradə ABŞ Dövlət Departamenti iddia edir.

Departamentin rəsmi nümayəndəsi Morqan Ortaqus "Twitter" səhifəsində fikirlərini belə ifadə edib.

"Çinin sözdə qarışmama fəaliyyəti Venesuela hakimiyyətini təxminən 60 milyard dollar məbləğində zənginləşdirib".

Xatırladaq ki, Venesuelada müxalifət lideri Xuan Quaydo özünü ölkənin müvəqqəti prezidenti elan edib. Lakin Rusiya, Çin və bir sıra başqa ölkələr dövlət başçısı Maduroya dəstək veriblər.

Siyasət xəbərləri
Olaylar.az digər xəbərlər