Çinli alimlər yeni stels material üzərində işləyir

Ordu.az “Global Times”a istinadən xəbər verir ki, bu barədə Çin Milli Elmlər Akademiyasının Nanotexnologiya və Nanobioniklər İnstitutunun tədqiqat komandasının rəhbəri Zanq Xuetonq bildirib.
Onun sözlərinə görə, üzərində tədqiqatlar aparılan material istifadəçini elektromaqnit dalğaların geniş spektrindən gizlədə biləcək. Onun hətta istiliyə həssas infraqırmızı kameraların obyektivindən də gizlətmə qabiliyyəti olduğu bildirilir.
Zanqın iddia edir ki, mövcud materiallarla müqayisədə, üzərində çalışdıqları material daha yüngül, daha möhkəm və elastik olacaq. Ondan həm hərbi, həm də texnoloji sahələrdə istifadə etmək mümkün olacaq.
Ağalar Ağalarlı
Açar sözlər
Ağalar Ağalarlı
, Elmlər Akademiyası
, Çin