Çiyələk yeyərkən DİQQƏTLİ OLUN: Böyrəkləriniz...


Çiyələk yeyərkən DİQQƏTLİ OLUN: Böyrəkləriniz...

Yaz mövsümü başlayar-başlamaz təzə meyvələr piştaxtaları bəzəyir. Hələ təbii yetişməsinin zamanı olmasa da, hazırda bazarlarda alça, çiyələr, ərik kimi giləmeyvələrə rast gəlinir.

Cebhe.info xəbər verir ki, mütəxəssislər isə əhalini diqqətli olmağa çağırır. Belə ki, mütəxəssislərin sözlərinə görə, işbazlziyar xüsusilə çiyələyin xoş ətirli təsir bağışlaması üçün onun üzərinə otaq spreyləri vururlar. Bu üsullar çiyələyi xoş ətirli, çəkici hala gətirərək daha çox satış etmək məqsədi güdürlər. Mütəxəssislər hesab edir ki, bu cür çiyələklərin yaxşı yuyulmadan yeyilməsi insanın böyrəklərinə ziyan verir və böyrət çatışmazlığı yaradır. Mütəxəssislər xəbərdarlıq edir ki, təbii çiyələk nə qədər yuyulsa, suda qalsa da, öz ətrini və rəngini itirmir. Üzərinə sprey səpilmiş çiyələk isə ilk yuyulmada ətrini itirir və rəngini dəyişir. Sprey həm də xərçəng xətəliyinə yol açır.

Çiyələyin daha bir təhlükəsi isə böyrək daşı yaratmasıdır. Belə ki, çiyələk yaxşı yuyulmadığı halda böyrək daşı yaradır.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 79