ÇL-də püşk atıldı: erkən final və ingilis derbisi

ÇL-də püşk atıldı: erkən final və ingilis derbisi

Çempionlar Liqasında 1/4 və yarımfinal mərhələsinin püşkü atılıb.

MilliYol.Az xəbər verir ki, püşkatma mərasimi UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub.

Püşk 1/4 finalda turnirin favoritlərindən hesab olunan "Barselona" və "Mançester Yunayted"i üz-üzə qoyub. Bundan başqa iki İngiltərə klubu - "Tottenhem" və "Mançester Siti" bir-birinə rəqib olub.

Çempionlar Liqası

1/4 final
1. Ayaks (Hollandiya) -Yuventus (İtaliya)
2.Liverpul (İngiltərə) -Portu (Portuqaliya)
3.Tottenhem (İngiltərə) -Mançester Siti (İngiltərə)
4.Barselona (İspaniya) -Mançester Yunayted (İngiltərə)

1/2 final
A. 3-cü cütün qalibi - 1-ci cütün qalibi
B. 4-cü cütün qalibi - 2-ci cütün qalibi

Final
A cütünün qalibi - B cütünün qalibi