CNN Türk Azərbaycan Prezidentinin Çinə səfərini şərh edib

CNN Türk Azərbaycan Prezidentinin Çinə səfərini şərh edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikası Sədrinin dəvəti ilə 2-ci “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak etmək üçün aprelin 24-dən bu ölkədə işgüzar səfərdə olması ilə bağlı Türkiyənin nüfuzlu CNN Türk kanalı geniş reportaj yayıb. SİA xəbər verir ki, CNN Türk Azərbaycan-Çin münasibətlərinin inkişaf dinamikası barədə türkdilli oxuculara ətraflı məlumat verib.

Reportajda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında Pekində keçirilən görüşə geniş yer verilib.

Bildirilir ki, Prezident İlham Əliyev “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştiraka dəvətə görə Çin Xalq Respublikasının sədrinə təşəkkürünü ifadə edib və Azərbaycan-Çin səmərəli əməkdaşlığının dinamik inkişafını yüksək dəyərləndirib. Prezident İlham Əliyev “Bir kəmər, bir yol” layihəsinin beynəlxalq əhəmiyyəti ilə bağlı fikir və mülahizələrini bölüşüb.

Reportajda, həmçinin dövlətimizin başçısının səfər çərçivəsində keçirdiyi digər görüşlərdən də bəhs olunub. Diqqətə çatdırılıb ki, tərəflər qarşılıqlı səmərəli əməkdaşlığın inkişafına xüsusi önəm verirlər.

loading...

Siyasət xəbərləri
Sia.az digər xəbərlər