Conni Depp rusiyalı rəqqasə ilə evlənməyə hazırlaşır

Conni Depp rusiyalı rəqqasə ilə evlənməyə hazırlaşır

Hollivud ulduzu Conni Depp sankt-peterburqlu rəqqasə-xoreoqraf Polina Qlenlə evlənməyə hazırlaşır

PİA.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, cütlük ötən il Los-Ancelesdə gecələrin birində tanış olub.

Qazaxıstanda anadan olan Polina daha sonra ailəsi ilə birlikdə Sankt-Peterburqa köçüb. O, Sankt-Peterburq Politexnik Universitetini bitirib. İki il əvvəl ABŞ-a köçüb. Polina Conninin Los-Ancelesdəki dəbdəbəli malikanəsində yaşayır.

Qeyd edək ki, bu, Deppin aktrisa Ember Herdlə boşandıqdan sonra ilk ciddi eşq macərasıdır. Ember 4 illik münasibətdən sonra 2016-cı ildə Connini zorakılıqda ittiham edərək aktyordan boşanıb.

loading...

Mədəniyyət xəbərləri
Pia.az digər xəbərlər