COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 720 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan xezerxeber.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 145, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 447, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23 128 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 396 037, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 063 688, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 544 439, buster doza üzrə vaksinasiya olunanların sayı isə 787 910 təşkil edir.

Açar sözlər
Nazirlər Kabineti , Azərbaycan , Koronavirus , Covid-19 , Operativ Qərargah
İqtisadiyyat xəbərləri
Xezerxeber.az digər xəbərlər