“Çox gülməli şeylər baş verir: qalib gəlmişəm, amma heç bir səlahiyyətim yoxdur" - Zelenskiyə tələ, yoxsa...?

“Çox gülməli şeylər baş verir: qalib gəlmişəm, amma heç bir səlahiyyətim yoxdur" - Zelenskiyə tələ, yoxsa...?
25 Aprel 2019 [23:45]

"Çox gülməli şeylər baş verir: qalib gəlmişəm, amma heç bir səlahiyyətim yoxdur"


Mia.az xəbər verir ki, bu sözləri Ukraynanın yeni seçilən prezidenti Vladimir Zelenski sosial şəbəkədəki səhifəsində yazıb.


O, Mərkəzi Seçki Komissiyasını rəsmi nəticələrinin niyə hələ də elan etməməsinin müəmmalı olduğunu bildirib: "Nə baş verir, mən izah edirəm: MSK nəticələrin rəsmi elanını gecikdirir. Görünür, məqsəd andiçmə mərasiminin tarixini mayın 27-dən sonraya salmaq, bununla da onu parlamentin vaxtından əvvəl buraxılması imkanından məhrum etməkdir".


Siyasət xəbərləri
Prezident İlham Əliyev Pekində Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edir

Prezident İlham Əliyev Pekində Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edir

26-04-2019 09:02 - Ona.az - Siyasət
O, “Bir kəmər, bir yol” layihəsinin həm də ölkələr arasında ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığı da əhatə etdiyini vurğulayıb.

Çin lideri iqtisadi, ticari, maliyyə və digər sahələrdə xüsusi əhəmiyyəti ilə seçilən bu təşəbbüsün qədim İpək Yolu üzərində yeni dəyərlərin formalaşmasına da dəstək göstərdiyini, qloballaşmanın iqtisadiyyata mənfi təsirlərini azaltdığını, bu layihənin beynəlxalq səviyyədə yüklərin daşınmasına və beləliklə də milli gəlirlərin artmasına, regional inkişafa ciddi təkan verdiyini bildirib.

Həmin layihənin həyatın bütün sahələrinə, xüsusilə də sosial məsələlərə inkişaf baxımından ciddi təsir göstərdiyini deyən Çinin dövlət başçısı mədəni-humanitar əlaqələrin genişlənməsində də yeni mərhələnin başlandığını vurğulayıb.

Sonra Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev, Misir Prezidenti Əbdülfəttah Sisi, Malayziyanın Baş naziri Mahathir Mohammad, Pakistanın Baş naziri İmran Xan, BMT-nin Baş katibi Antonio Quterreş “Bir kəmər, bir yol” təşəbbüsünün əhəmiyyətindən danışıblar.

Onlar bəşəriyyəti narahat edən məsələlərə diqqət çəkiblər, mövcud problemlərin həllində və dünya iqtisadiyyatının dinamik inkişafında bu layihənin böyük rol oynadığını bildiriblər.
Mia.az digər xəbərlər