"Çünki onu aldada-aldada gedirlər..." - Deputat

"Çünki onu aldada-aldada gedirlər..." - Deputat
26 Aprel 2019 [16:50]

"Azərbaycanda aqrar sığortanın tətbiqi üçün işlək və effektiv nəzarət mexanizmləri olmalıdır. İndiyə qədər baş vermiş hadisələrdən nəticə çıxarılsa, "Aqrar sığorta haqqında” qanun işləyəcək”.


Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli sözügedən qanun layihəsinin müzakirəsində bildirib.


"Kəndliyə, fermerə sual verirlər ki, niyə sığorta olunmursan. O da deyir ki, "Biz sığorta şirkətinə inanmırıq”. Haqlı olaraq inanmır. Çünki onu aldada-aldada gedirlər. Bu problem həll olunsa, mətbuat və s. vasitələrlə onlarda inam yaradılsa, çox yaxşı olar. Sığorta şirkətindən də soruşduqda ki, niyə sığorta etmirsən?, o isə cavab verir ki, risk böyükdür. Amma burada risklərin bölünməsi var, müəyyən hissə dövlətin, müəyyən hissə sığortaolunanın, müəyyən hissə isə şirkətin üzərinə düşür”, - Ə.Məsimli əlavə edib/Report.

İqtisadiyyat xəbərləri
Mia.az digər xəbərlər