Dağlarda ilişib qaldı, canavarın qorxusundan bir həftə ot yedi - FOTO

Dağlarda ilişib qaldı, canavarın qorxusundan bir həftə ot yedi - FOTO

Çinli velosipedçi Tibetdə plato adlanan xüsusi dağlıq ərazini təkbaşına keçməyə çalışarkən özünü çətinliyə salıb. Fen Hao yetərincə ərzaq ehtiyatı götürməyib. Canavar sürüsü ilə qarşılaşandan sonra orada ilişərək qalıb.

Milli.Az bizimyol.info-ya istinadən xəbər verir ki, çinli bir həftə otla qidalanıb. Əslində, Fen Hao sevgilisi Lin Si və tanışı Li Çjisenlə bura gəlməliymiş. Məqsəd Çanqtan platosunu keçmək olub. Birlikdə yola çıxıblar. On gün sonra yoldaşları yorulub. Fen Hao qalan məsafəni tək qət edəcəyini bildirib. Bir az ərzaq götürən çinli yoluna davam edib.

Foto: Weibo

Bir müddət sonra sevgilisi və tanışı anlayıb ki, Fenin nəsə problemi var. Çünki ondan xəbər çıxmırmış. Polisə müraciət ediblər. Asayiş keşikçiləri onu iki həftə dayanmadan axtarıb. Velosipedçini Ulanyula gölünün yaxınlığında köhnə yük maşınında tapıblar. Fen burada canavarlara görə gizlənibmiş. Bir həftə əvvəl ərzaq ehtiyatı bitib, otun ümidinə qalıb.

Hao xilas olunsa da, hər üç velosipedçi qadağan edilmiş ərazilərə getdiklərinə görə cərimə olunublar. Avantüraya görə 5 min yuan (təxminən 700 dollar) ödəmək lazım gələcək.

Milli.Az

Hadisə xəbərləri
DİN: Yol nişanlarını oğurlayan MMC direktoru və tanışları saxlanılıb

DİN: Yol nişanlarını oğurlayan MMC direktoru və tanışları saxlanılıb

09-05-2019 15:24 - Xeberle.com - Hadisə


Aprel ayının 28-nə keçən gecə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun hər iki istiqamətində quraşdırılmış yol nişanlarının oğurlanması barədə Baş Dövlət Yol Polisi İdarəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, məlumatla əlaqədar aparılmış araşdırmalarla qeyd olunan avtomobil yolunun 26-101-ci kilometrliyində - Şamaxı və əks istiqamətlərdə nəqliyyat vasitələrinin təhlükəsiz və nizamlı hərəkətini təmin etmək, habelə yol hərəkəti iştirakçılarını məlumatlandırmaq məqsədilə quraşdırılmış 59 ədəd yol nişanları və göstəricilərinin gizli yolla talandığı məlum olub.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Baş İstintaq və Təhqiqat İdarəsi və Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, "Yol Nişan” MMC-nin direktoru Şamxal Qurbanov tanışları Bəxtiyar Umudov, Elşad Mənəfov və Elgün Salahovla qabaqcadan əlbir olaraq aprelin 27-dən 28-nə keçən gecə sözügedən magistral yolun qeyd olunan hissəsində quraşdırılmış yol nişanları və göstəricilərini oğurlayaraq "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə ümumilikdə 6,4 min manata yaxın maddi ziyan vurublar.
 

Mayın 8-də adları çəkilən şəxslər polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub, oğurlanmış yol nişanları və göstəricilər aşkar olunaraq maddi sübut kimi götürülüb.
Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.
Milli.az digər xəbərlər