“Dağlıq Qarabağla bağlı dialoqun davam etdirilməsini gözləyirik”

“Dağlıq Qarabağla bağlı dialoqun davam etdirilməsini gözləyirik”

Örl Litzenberger Dağlıq Qarabağ münaqişəsindən danışdı

BAKI, 20 aprel — Sputnik. "Görüşün dəqiq vaxtı haqda məlumat yoxdur. Biz xarici işlər nazirlərinin Moskva görüşünü alqışlayırıq və görüşdən sonra səsləndirilən bəyanatdan məmnunluq duyuruq. Biz səbirsizliklə dialoqun davam etdirilməsini gözləyirik”.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda gözlənilən görüşünü şərh edərkən ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger bildirib.

O, qeyd edib ki, ABŞ ATƏT-in həmsədr ölkələrindən biridir: “ATƏT-in və həmsədrlərin məqsədi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli üçün münaqişə tərəflərini bir araya gətirməkdir. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn prinsiplərinə - güc tətbiq etməmək, ölkələrin ərazi bütövlüyü, xalqların öz müqəddəratını həll etməsi prinsipləri əsasında həll olunmalıdır”.

Açar sözlər
Atət , Azərbaycan , Qarabağ , Abş , Moskva , Vaşinqton , Ermənistan
Siyasət xəbərləri
Sputnik.az digər xəbərlər