Daha bir güləşçimiz erməni rəqibini məğlub edib

Daha bir güləşçimiz erməni rəqibini məğlub edib

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatı sona yaxınlaşır.


Azərbaycan Güləş Federasiyasından Moderator.az -a verilən məlumata görə, bu gün 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə start verib.


Kamran Məmmədov ilk görüşdə danimarkalı rəqibini məğlub edib.


Böyüklər arasında Avropa çempionatında debüt edən Ülvi Qənizadə təsnifat mərhələsində moldovalı idmançıya tam üstünlüklə qalib gəlib.


Mübarizəyə 1/8 finaldan başlayan Orxan Nuriyev ilk görüşü prinsipial xarakter daşıyıb. Avropa çempionatının 3 qat bürünc medalçısı Artur Şahinyanla qarşılaşan gənc güləşçimiz parlaq qələbə qazaraq adını 1/4 finala yazdırıb.

Açar sözlər
Kamran Məmmədov , Orxan Nuriyev , Ülvi Qənizadə , Azərbaycan Güləş Federasiyası , Buxarest , Rumıniya
İdman xəbərləri
Moderator.az digər xəbərlər