Daha bir meyxanaçı həbs edildi

26 Aprel 2019 [14:36]
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon sakinlərinin narazılığına və etirazına səbəb olmuş, narkomaniyanın təbliğinə həsr olunmuş musiqili meyxanalar ifa edən, rayonun Sarov kənd sakini, 25 yaşlı İlkin Hüseynli saxlanılıb.
DİN-dən Mia.az-a daxil olan məlumata görə, faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib, İ.Hüseynli İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilib.
Açar sözlər
Ilkin Hüseynli
, Tərtər Rayon Polis Şöbəsi