Daha bir universitetdə dərslər dayandırıldı

Daha bir universitetdə dərslər dayandırıldı

Bakıda keçiriləcək "Formula 1" üzrə SOCAR Azərbaycan Qran-Prisi ilə əlaqədar sabah Azərbaycan Dövlət İqtisad Universitetinin əsas tədris binasında dərslər dayandırılacaq.


Bu barədə UNEC-in mətbuat xidmətindən Moderator.az-a bildiriblər.


Məlumatda qeyd olunur ki, ali məktəbin digər tədris binalarında isə dərslər davam etdiriləcək.


Qeyd edək ki, "Formula 1" üzrə SOCAR Azərbaycan Qran-Prisi 26 - 28 aprel tarixlərində keçiriləcək.

İqtisadiyyat xəbərləri
Moderator.az digər xəbərlər