DARPA SZ sayəsində əsgərlərin telepatiya ilə maşınları idarə edə biləcəyini düşünür

DARPA SZ sayəsində əsgərlərin telepatiya ilə maşınları idarə edə biləcəyini düşünür
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, DARPA əsgərlərin beyin və bədənlərini hərbi sistemlərlə əlaqələndirəcək texnologiyaların əldə edilməsində süni zəkanın nə kimi töhfə verə biləcəyini araşdırır.

SZ-nin yeni nəsil neyrotexnologiyada istifadəsi yollarını araşdırmaq üzrə DARPA-da yeni komanda formalaşdırılıb. Komandanın tapşırığı insanların öz düşüncələrilə robotları idarə etmə imkanlarını araşdırmaqdır.

Bəzilərinə bu, mümkünsüz kimi səslənsə də, bunun artıq bir sıra təcrübəsi var. Sinir interfeysi bu vaxta qədər protez bədən üzvlərinin idarəsi, dronların uçurulması və düşüncələrin mətnə köçürülməsi kimi şeylərdə istifadə edilib. Yeni Zəka Sinir İnterfeys proqramı ilə isə DARPA artıq SZ-dən istifadə ilə bu sistemlərin necə davamlı, səmərəli və effektiv hala gətirilə biləcəyini araşdıracaq.

Bu mənada tədqiqatçıların üzləşə biləcəyi əsas çətinliklərdən biri texnologiyanı beynin sağ tərəfində saxlamaq olacaq. Beynimiz daimi olaraq öz neyronlarını dəyişir, köhnələri itirildikcə, yeniləri əldə edilir, buna görə də neyron əlaqəsi dəyişdikcə maşınların da yenidən tənzimlənməsi lazım olacaq.

Lakin süni zəka vasitəsilə tədqiqatçılar interfeysin bu dəyişiklikləri avtomatik olaraq öyrənib, öz-özünü tənizmləyə biləcəyinə inanırlar. Proqramın ilk mərhələsində komandalar neyronlar dəyişərkən interfeysi tənzimləyəcək alqoritmlər yazmağa çalışacaq. İkinci mərhələdə isə sinir interfeysinin başqa bir məhdudiyyəti – insan bədənin proqrama uyğun istifadəsi üzərində çalışacaq.

İlkin Məmmədov

İKT xəbərləri
Ordu.az digər xəbərlər
Bakı uğrunda qlobal oyun: İngilislər bolşeviklərlə necə birləşdi?

Bakı uğrunda qlobal oyun: İngilislər bolşeviklərlə necə birləşdi?

26-04-2019 15:25 - Ordu.az - Siyasət


Avantüra xarakterlı plan QİO-nun tərkibindəki Osmanlı hissələrinin yorğunluğuna, azərbaycanlı könüllülərdən təşkil edilmiş hissələrin zəifliyinə, erməni rəhbərlərinin vəd etdikləri "erməni qoşunlarının qəhrəmanlıqları”na, ingilis hərbi texnikası və maliyyə gücünə arxalanırdı. 

 
Beləliklə, hadisələrin gedişi zamanı ingilis hərbi rəhbərliyinin üç planı ilə üzləşirik: 1-ci plan (1917-ci ilin sonlarında hazırlanmış, 1918-ci ilin may ayında 2-ci planla əvəz edilmişdir): rus, gürcü və erməni qoşunlarını nizamlayıb Almaniya və Osmanlı qoşunlarına, sonra isə bolşeviklərə qarşı müdafiə təşkil etmək; 2-ci plan (1917-ci 96 ilin iyunun əvvəllərində hazırlanmış, 1918-ci ilin avqustun sonlarında 3-cü planla əvəz edilmişdir): Bakıda möhkəmlənərək erməni qoşunlarını silah və sursatla, təlimatçılarla təmin etmək, QİO-nun hücumlarının qarşısını almaq, vaxt qazanmaq, əlavə ingilis qoşunları gələndən sonra hücuma keçmək); 3-cü plan (1918-ci ilin avqustun sonlarında hazırlanmış, ingilislərin sentyabrın 14-də evakuasiyası nəticəsində həyata keçirilməmişdir): ingilis qoşunlarını Bakıdan evakuasiya etmək, Sentrokaspi Diktaturasını hərtərəfli dəstəkləmək (silah, sursat, təlimatçılar, Biçeraxovun qüvvələri), döyüşlərin davam etməsi və tərəflərin zəifləməsinə nail olmaq.