Daşaltı əməliyyatının qaranlıq məqamları — Hərbçilərimizin meyitləri kənddən gec çıxarılıb?

Daşaltı əməliyyatının qaranlıq məqamları — Hərbçilərimizin meyitləri kənddən gec çıxarılıb?

Daşaltı əməliyyatının qaranlıq məqamları — Hərbçilərimizin meyitləri kənddən gec çıxarılıb?

11:31 26 Yanvar 2019

Şuşa şəhəri yaxınlığında Daşaltı kəndində 1992-ci ilin yanvar ayında olmuş uğursuz əməliyyatdan 27 il keçir.




1992-ci ilin yanvar ayının 25-dən 26-a keçə gecə həyata keçirilmiş əməliyyat millətimizin tarixinə qanlı bir səhifə kimi yazılıb. Əməliyyat haqqında indiyə kimi çox yazılar yazılıb, çox sözlər deyilib, saysız-hesabsız fikirlər səsləndirilib. Amma...

Amma bütün bunlara baxmayaraq, Daşaltı əməliyyatı haqqında müəmmanın bu hadisənin üzərindən götürüldüyünü deyə bilmərik. Məhz bu səbəblər Daşaltı əməliyyatının üzərinə bir daha təkrar qayıtmağın aktuallığını özündə saxlayır.

Şuşa-Laçın yolunun təhlükəsizliyini təmin etmək məqsədi ilə həyata keçirildiyi söylənilən bu əməliyyat xeyli sayda canlı qüvvənin itkisi ilə nəticələnib. O zamanlar yeni formalaşdırılan Azərbaycan Milli Ordusunun I batalyonu və Şuşa şəhərinin müdafiə taboru getmişdi Daşaltıya. Azərbaycan tağımları düşmənin pusqusuna düşərək məhv olublar. Bu əməliyyatda itkin düşmüş hərbçilərimizin bir çoxunun taleyi haqqında indi də məlumat yoxdur. Daha dəqiqini desək, əməliyyatda itkin düşmüş hərbçilərimizin taleyi haqqında informasiya əldə etmək bu günədək mümkün olmayıb.

- Daşaltı əməliyyatı niyə uğursuzluqla nəticələnib?
- Əməliyyatdan əvvəl əməliyyat sirləri yayılmışdımı?
- Əməliyyata qeyri-peşəkar hazırlığın olması haqqında səsləndirilən fikirlərin əsası varmı?
- Əməliyyat niyə ciddi itkilərlə nəticələnib?
- Əməliyyatdan sonra Daşaltıda ölmüş hərbçilərimizin meyitləri ərazidən niyə gec çıxarılıb?
- Bu əməliyyat Qarabağ müharibəsində həlledici dönüş yarada bilərdimi?
- Azərbaycan ictimaiyyəti Daşaltı əməliyyatı ilə bağlı həqiqətləri bilirmi?

Göründüyü kimi suallar çoxdur. Əksəriyyəti isə hələ də cavabsız qalmış suallardı.

Daşaltı əməliyyatı haqqında müəmmaların üzərinə gün işığı salmaq üçün müəyyən məsələlərə aydınlıq gətirməyə çalışdıq.

90-cı illərin əvvəllərində Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Qarabağ bölgəsi üzrə Şöbəsinin məsul əməkdaşı olmuş Ağalar Əliyev Trend-in əməkdaşı ilə söhbətində Daşaltı əməliyyatı ilə bağlı bir sıra məsələlərlə əlaqədar diqqət çəkən fikirlər söylədi.

Siyasət xəbərləri
Femida.az digər xəbərlər