Daşqın Şikarovun yerinə təyinat - Yeni səfir kimdir?

Daşqın Şikarovun yerinə təyinat - Yeni səfir kimdir?

Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yeni səfir təyin edib.


AZXEBER.COM 1news.az-a istinadən xəbər verir ki, yeni səfir Mahir Əliyev etimadnaməsini bu ölkənin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin baş katibi Əhməd Sari Əl Mazroueyə təqdim edib.


BƏƏ-li rəsmi səfirə fəaliyyətində uğurlar arzu edib.


Qeyd edək ki, bir müddət əvvəl BƏƏ-dəki sabiq səfir Daşqın Şikarovla bağlı mediada ciddi ittiham yer almışdı. Bildirilirdi ki, diplomat Azərbaycan hökumətinin Əbu Dabi hökmdarı Xəlif ibn Zayed əl-Nahayan üçün nəzərdə tutulmuş kürü hədiyyəsini mənimsəyib.


Hazırda XİN-in rəsmi saytında Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinə səfiri kimi nə Mahir Əliyevin, nə də Daşqın Şikarovun adı qeyd edilib.

Açar sözlər
Mahir Əliyev , Daşqın Şikarov , Xarici Işlər Və Beynəlxalq Əməkdaşlıq Nazirliyi , Azərbaycan , Birləşmiş Ərəb Əmirlikləri
Siyasət xəbərləri
Azxeber.com digər xəbərlər