Dayanacaq

Dayanacaq

Teymur Məmmədov yazır...

Bakıda harada dayanacaq varsa, orada zibil dizə çıxır.

Bakıda harada dayanacaq varsa, orada yeni bina tikilir.

Bəlkə də, harada yeni bina tikilirsə, orada dayanacaq olur. Yəqin, elə indidən gələcək sakinlərin “Buradan filan avtobus keçir” fəlsəfəsinə alışqanlıqlarını formalaşdırmaq istəyindən doğur bu novatorluq.

Bir də dayanacaqlarda heç də həmişə saz işləməyən ödəniş kartı avtomatları olur.

Bir də, bir də, bir də... Daş dövründən qalmış informasiya monitorları var dayanacaqlarda.

Hamısında olmasa belə... İnsanlardan küsüb, işləmirlər bu monitorlar.

Bir zaman muzey eksponatı olacaqmış kimi onları qoruyub saxlamaq lazımdır, bəlkə də...

Bakıda harada dayanacaq varsa, orada iki cür avtobuslar dayanır.

Birində ödəniş ciddi surətdə yalnız kartla aparılır. İkincisində isə nağd pulla. Çünki biz yeniliyi sevən müasir fərdlərik, həm də ənənələrə bağlı insanlarıq.

Ödənişi talonla olan avtobuslarda adamlar qabaq qapıdan minirlər, sonra minnət-xahiş ilə arxaya doğru keçirlər. Amma dayanacağa çatanda rahatca arxa qapılardan düşə bilirlər.

Pulu nağd ödənilən avtobuslara insanlar ön qapıdan minir və elə ordaca quruyub qalırlar.

Sürücü arxa qapını açmır ki, düşənlər ön qapıdan ödəniş edib düşsünlər.

Görünür, hər kəs sürücüyə daha yaxın dayanmaq istəyir.

Formulalı sürücülərdir bunlar.

Qabaqlar insanlar yaşlılara yer verərdilər.

İndi telefoniya və melomaniya insanları çox məşğul və qayğılı göstərir.

Bir də çoxlu sayda taksilər var avtobus dayanacaqlarında...

Hərdən yoxa çıxırlar.

Yenə peyda olurlar.

Deyilənə görə, taksilərin burada dayanması qadağandır.

Hər deyilənə inanan deyiləm.

Siyasət xəbərləri
Haqlı-haqsız, haqsız-haqlı olanda...

Haqlı-haqsız, haqsız-haqlı olanda...

26-04-2019 20:03 - Paralel.az - Siyasət
Bu barədə üç ilə yaxındır ki, qanunamüvafiq tədbirlərin görülməsi üçün ayrı-ayrı tarixlərdə, həm poçt, həm də rəsmi internet saytı və elektron poçtu vasitəsi ilə ədliyyə naziri cənab Fikrət Məmmədovun, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə, əmlak məsələləri dövlət komitəsinin sədri cənab Kərəm Həsənovun, baş prokuror cənab Zakir Qaralovun, eləcə də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adına danılmaz rəsmi faktlarla yazıb göndərdiyim mindən artıq ərizə, məktub və şikayət teleqramlarımı Ədliyyə Nazirliyində, Bələdiyyələrlə İş Mərkəzində, Əmlak Məsələləri Dövlət Komitəsində, Baş Prokurorluqda və Prezident Administrasiyasında kimlər tərəfindənsə, kimin və nəyin xatirinəsə, rəhbərlikdən gizlədilərək, obyektiv baxılmadan, ötür-ötürə salınaraq, onların cinayət xarakterli saxtakar əməllərinin üstü açıq şəkildə ört-basdır edilərək, bütün haqlı şikayətlərim bu günə kimi də nəticəsiz, tədbirsiz, cavabsız qalıb. Hörmətli Prezident! Sizin adınıza göndərdiyim şikayət ərizələrimdə göstərdiyim və ərizələrimə əlavə etdiyim faktların, şəxsən öz nəzarətiniz altında hərtərəfli araşdırılaraq, Siyəzən bələdiyyəsinin sədri Azər Babayevin, ƏMDK-si yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin direktoru cənab Mohuma Heraçiyevin 21 oktyabr 2016-cı il tarixli,160 820 201 868 nömrəli, mənə göndərdiyi cavab məktubunda öz təsdiqini tapan, saxtakar və cinayət xarakterli hərəkətləri barədə, həmçinin həmin cavab məktubundakı məlumatlarla vətəndaş Müslüm Səlimovun ƏMDK-si yanında, Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətindən saxta yolla əldə etdiyi, 21 avqust 2008-ci il tarixli, MH seriyalı 0008590 nömrəli çıxarışda göstərilən məlumatların təşkil etdiyi ziddiyyətli xüsusatların obyektiv araşdırılaraq, onların barəsində, qanunamüvafiq, ciddi tədbirlərin görülməsini bir daha sizdən xahiş edirəm! Hörmətli baş Redaktor! Xahiş edirəm şikayətimi qəzetinizdə ictimailəşdirəsiniz ki, bu saxtakarları hamı tanısın.
Oxu.az digər xəbərlər