Dayanacaqdakı elan hər kəsi şoka saldı - FOTO

Avtobus dayanacağına vurulan elan hər kəsi şoka salıb.
Milli.Az-ın azmedia.az-a istinadən məlumatına görə, İstanbulda avtobus dayanacaqlarının birində sakinlər qeyri-adi elanla rastlaşıblar. Beləki, bir nəfər şəxs dayanacağın şüşələrinə böyrəyini satmasıyla bağlı elan yapışdırıb. Elanı görən vətəndaşlar təəccübləniblər və onlardan biri elandakı nömrə ilə əlaqə saxlayaraq bunun səbəbini araşdırıb.
Kişi, "maddi durumum yaxşı deyil, pula ehtiyacım var, borclarımı ödəməliyəm. Gecələr isə parklarda yatıram buna görə də böyrəyimi 20 min Tl-ə (təxminən 5900 AZN) satıram".
Milli.Az


