“Dəfələrlə oğlan övladımı itirmişəm” - Məleykə Əsədova

“Dəfələrlə oğlan övladımı itirmişəm” - Məleykə Əsədova

Xalq artisti Məleykə Əsədova "Şou ATV” proqramının qonağı olub.


O, şəxsi həyatı ilə bağlı etiraflar edib. Müğənni bildirib ki, qızından əvvəl oğlan övladlarına hamilə olub.


"Çox övladım olub, amma itirmişəm. Qızımın da dünyaya gələcəyini demək istəmirdim. Oğlan övladları itirmişəm. Bətnimdə dünyalarını dəyişirdilər. Həmişə qız arzulamışam. Hətta oğluma libaslar da almışdım. Amma qismət olmadı” deyə, Əsədova bildirib.


Qeyd edək ki, sənətçinin Gülər adlı bir qızı var.

///Axşam.az

Açar sözlər
Məleykə Əsədova
Mədəniyyət xəbərləri
Kolleclərə qəbul imtahanı keçiriləcək –Aprelin 28-də

Kolleclərə qəbul imtahanı keçiriləcək –Aprelin 28-də

23-04-2019 10:21 - Strateq.az - Mədəniyyət
Bundan əlavə, aprelin 28-də ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları seçdikləri əlavə xarici dil fənnindən, tədris Azərbaycan dilində aparılan təhsil müəssisəsində təhsil alan, lakin elektron ərizə doldurarkən rus bölməsini seçən şagirdlər üçün rus dili fənnindən, tədris rus dilində aparılan təhsil müəssisəsində təhsil alan, lakin elektron ərizə doldurarkən Azərbaycan bölməsini seçən şagirdlər üçün Azərbaycan dili fənnindən, tədris dili Azərbaycan və rus dillərindən fərqli olan ümumi təhsil müəssisələrinin məzunları üçün ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim edərkən seçdikləri bölməyə uyğun olaraq Azərbaycan dili və ya rus dili fənnindən, xarici dil fənni tədris olunmayan təhsil müəssisələrinin məzunları ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün elektron ərizə doldurarkən seçdikləri xarici dil fənnindən imtahan, 7, 14 və 21 aprel tarixlərində keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən cari ilin məzunları üçün buraxılış imtahanı, orta məktəbi əvvəlki illərdə bitirib təhsil sənədi ala bilməyən şəxslər üçün eksternat qaydasında buraxılış imtahanı keçiriləcək.
Azxeber.com digər xəbərlər