Dəhşət! Avtomobilini vermədi deyə əmisioğlunu... / FOTOLAR

Dəhşət! Avtomobilini vermədi deyə əmisioğlunu... / FOTOLAR

Türkiyənin Adana şəhərində qorxunc cinayət baş verib.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, Cumali K. adlı adam əmisioğlu Hüseyn K.-dan avtomobilini istifadə etmək üçün istəyib.

Hüseyn K. avtomobildə yanacaq olmadığından verə bilməyəcəyini deyib. Bir anda qəzəblənən Cumali K. əlindəki balta ilə Hüseyn K.-nın başına zərbə endirib. Hirsi bununla soyumayan adam əmisioğlunun avtomobilinə də balta ilə zərər verib.

Vətəndaşların xəbərdarlığı ilə hadisə yerinə polis və tibb işçiləri gəlib. Yaralı Hüseyn K. xəstəxanaya yerləşdirilib.

Hadisə yerindən qaçan Cumali K. isə qısa müddətdə yaxalanaraq polis bölməsinə aparılıb.

Hadisə ilə bağlı cinayət işi açılıb.



http://metbuat-az.com/news/1184412/bu-olkede-fovqelade-veziyyet-elan-edildi.html

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Hadisə xəbərləri
Metbuat.az digər xəbərlər