Dəhşətli epidemiya: Ölənlərin sayı 464-ə çatdı

Dəhşətli epidemiya: Ölənlərin sayı 464-ə çatdı

Yəməndə kolera epidemiyası can almağa davam edir.

Yenicag.az xəbər verir ki, siyasi hərc-mərcliyin davam etdiyi Yəməndə kolera virusuna yoluxanların sayı yanvar ayından bu günə qədər 200 mini ötüb.

Bu yoluxucu xəstəlik ucbatından ölənləri sayı isə 464-ə çatıb.

Qeyd edək ki, Yəməndə davam edən vətəndaş müharibəsi ucbatından lazımi qədər tibbi vaksina yoxdur. Əhalinin yaşayış səviyyəsinin də aşağı olması virusa yoluxmuş insanların yaxşı qidalana bilməməsinə səbəb olur ki, bu səbəbdən ölüm hallarının qarşısını almaq çətinləşir.

Siyasət xəbərləri
Yenicag.az digər xəbərlər