Dəhşətli partlayışlarda yaralananların arasında azərbaycanlılar var? - XİN-dən açıqlama

Dəhşətli partlayışlarda yaralananların arasında azərbaycanlılar var? -  XİN-dən açıqlama

Bu gün Şri-Lankada kilsələrdə və otellərdə törədilən partlayışlarda zərərçəkənlərin arasında azərbaycanlıların olması barədə hər hansı məlumat daxil olmayıb.

Bu barədə Metbuat.az-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, bu gün paytaxt Kolomboda 3 oteldə və bir kilsədə, Neqombo qəsəbəsində isə iki kilsədə partlayış törədilib. Partlayışlar nəticəsində ən azı 52 nəfər ölüb. Şri-Lankanın iqtisadi islahatlar naziri Xarş de Silva bu gün kilsələrdə və otellərdə baş verən partlayışlarda ölənlər arasında əcnəbilər olduğunu bildirib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Xarici Işlər Nazirliyi , Şri-Lanka , Kolombo
Hadisə xəbərləri
Metbuat.az digər xəbərlər