Dələduzluqda təqsirləndirilən sabiq icra başçısı azadlığa buraxıldı

Dələduzluqda təqsirləndirilən sabiq icra başçısı azadlığa buraxıldı

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ağcabədi Rayon İcra Hakimiyyətinin sabiq başçısı Münsif Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə M.Səfərova şərti cəza verilərək məhkəmə zalından azadlığa buraxılıb. Sabiq başçı ilə birlikdə həbs olunan Rüstəm Bayramova da şərti cəza verilib.

Qeyd edək ki, M.Səfərov məhkəmədən yayındığı üçün barəsində axtarış qərarı çıxarılmışdı.

İttihama görə, təqsirləndirilən şəxslər Fərabi Mənsura qarşı dələduzluq ediblər. Həmin şəxslər F.Mənsura 60 min manat ziyan vurublar və hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; küllü miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. R.Bayramovun barəsində həbs qətimkan tədbiri seçilsə də, M.Səfərov haqqında başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri təyin olunub.

Hadisə xəbərləri
Trend.az digər xəbərlər

AZAL və “Buta Airways”in reysləri mayın 29-30-da dəyişdirilmiş qrafik üzrə yerinə yetiriləcək

26-04-2019 11:51 - Trend.az - İqtisadiyyat
Trend:2019-cu il mayın 29-da Avropa Liqasının finalının keçiriləcəyi müddətdə Heydər Əliyev Beynəlxalq Hava Limanında sıxlıq ilə əlaqədar olaraq, “Azərbaycan Hava Yolları” və “Buta Airways”in reyslərinin cədvəlinə dəyişiklik edilib.“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 29-30-da uçuşlar aşağıdakı cədvələ əsasən yerinə yetiriləcək.29 may (yerli vaxt göstərilmişdir, "+" növbəti gündəki vaxtı işarə edir): Reysin nömrəsi Marşrut Bakıdan uçuş Təyinat məntəqəsinə gəliş Təyinat məntəqəsindən uçuş Bakıya gəliş J2-003/004 Bakı-Ankara-Bakı 20:00 21:30 22:30 01:50+ J2-011/012 Bakı-Dubay-Bakı 04:50 07:45 10:10 13:10 J2-026 Antalya-Bakı 16:00 19:50 J2-076 İstanbul (IST)-Bakı 16:30 20:15 J2-9683/9684 Kiyev (IEV)-Bakı(Buta Airways) 16:10 20:30 J2-9575/9576 Bakı-Kazan- Bakı(Buta Airways) 20:00 21:50 22:50 02:50+ J2-9717/9718 Bakı-Mineralnıye Vodı-Bakı(Buta Airways) 21:00 21:40 22:40 01:05+ J2-809/810 Bakı-Moskva (VKO)-Bakı Reyslər ləğv edilmişdir J2-079/080 Bakı - İstanbul-Bakı Reyslər ləğv edilmişdir J2-852/851 Bakı- Moskva (DME)- Bakı Reyslər ləğv edilmişdir J2-255 Bakı-Naxçıvan Reys ləğv edilmişdir J2-254 Naxçıvan- Bakı Reys ləğv edilmişdir 30 may (yerli vaxt göstərilmişdir): Reysin nömrəsi Marşrut Bakıdan uçuş Təyinat məntəqəsinə gəliş Təyinat məntəqəsindən uçuş Bakıya gəliş J2-011/012 Bakı-Dubay-Bakı 12:40 15:35 16:45 19:45 J2-827 Bakı-Moskva (VKO) 02:45 05:00 J2-852/851 Bakı- Moskva (DME)- Bakı 11:40 13:50 14:50 18:40 J2-9111/9112 Bakı-Alanya-Bakı(Buta Airways) 12:30 14:30 15:30 19:20 J2-9685/9686 Bakı-Odessa-Bakı(Buta Airways) 12:15 14:40 15:40 19:40 J2-239 Bakı–Gəncə Reys mayın 29-na keçirilmişdir uçuş: 08:00, eniş: 09:00 J2-021/322 Bakı –Təl-Əviv –Bakı Reyslər ləğv edilmişdir J2-075/076 Bakı – İstanbul (IST)-Bakı Reyslər ləğv edilmişdir J2-9103/9104 Bakı – İstanbul (SAW)-Bakı (Buta Airways) Reyslər ləğv edilmişdir J2-9223/9224 Bakı-Tbilisi-Bakı(Buta Airways) Reyslər ləğv edilmişdir J2-9017/9018 Bakı -Tehran - Bakı(Buta Airways) Reyslər ləğv edilmişdir J2-251 Bakı-Naxçıvan Reys ləğv edilmişdir J2-258 Naxçıvan-Bakı Reys ləğv edilmişdir Qeyd edək ki, yuxarıda sadalanan reyslərin sərnişinləri aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin prosedurasına uyğun olaraq məlumatlandırılacaqlar.