Deputat: “Bu sənədi tez qəbul etməliyik”

Deputat: “Bu sənədi tez qəbul etməliyik”

"Müzakirəyə çıxarılan "Aqrar sığorta haqında"yeni qanun layihəsi inqilabi bir qanun layihədir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Hüseynbala Mirələmov bildirib ki, müsbət haldır ki, belə bir sənəd müzakirəyə təqdim edilib: "Açığı çox heyrət etdim ki, belə bir gözəl sənəd ortaya gəlib. Amma bununla belə, qanun layihəsinin dili lakonik, şirin olmalıdır. Hamı bunu başa düşməlidir. Həmçinin, hesab edirəm ki, biz bu sənədi tez qəbul etməliyik. Onun qəbulunu sürətləndirməliyik ki, kənd təsərrüfatının inkişafına, sığorta məsələlərinə öz müsbət təsirini göstərsin".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Siyasət xəbərləri
Olaylar.az digər xəbərlər